- Details
- Dərc edilib: 04 Oktyabr 2026
- Oxunma sayı: 23
Hörmətli professor-müəllim heyəti, əziz həmkarlar!
Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, pedaqoji fəaliyyətinizdə yeni uğurlar və yaradıcılıq nailiyyətləri arzulayıram.
Müəllimlik çətin və şərəfli peşə olmaqla bərabər, həm də insan yetişdirmək, gələcəyə istiqamət vermək, cəmiyyətin mənəvi və intellektual inkişafına xidmət etmək kimi böyük və məsuliyyətli bir missiyadır. Bu müqəddəs peşənin daşıyıcıları olaraq siz hər gün öz biliyiniz, zəhmətiniz, səbir və fədakarlığınızla gənc nəslin dünyagörüşünün formalaşmasına, onların şəxsiyyət və vətəndaş kimi yetişməsinə mühüm töhfə verirsiniz. Siz bu şərəfli missiyanı layiqincə yerinə yetirərək təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir pedaqoji yanaşmaların tətbiqi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və tələbələrimizin peşəkar mütəxəssis kimi formalaşması istiqamətində böyük əzmlə çalışırsınız. Kollektivimizin hər bir üzvünün əməyini yüksək qiymətləndirir, əldə olunan nailiyyətlərin arxasında dayanan zəhmət və məsuliyyətinizi xüsusi olaraq qeyd etmək istəyirəm.
Əminəm ki, qarşıdakı dövrdə də birlik, peşəkarlıq və yeniliklərə açıq yanaşma prinsipləri əsasında fəaliyyətimizi uğurla davam etdirəcək, filialımızın inkişafına və Azərbaycan təhsilinin tərəqqisinə öz layiqli töhfələrimizi verəcəyik.
Əziz həmkarlar!
Bu əlamətdar gündə hər birinizə şərəfli və məsuliyyətli işinizdə tükənməz enerji, möhkəm iradə, elmi və pedaqoji fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Qoy yetişdirdiyiniz hər bir tələbənin uğuru sizin əməyinizin ən böyük qiyməti və qürur mənbəyiniz olsun!
Beynəlxalq Müəllimlər Günü münasibətilə hər birinizi bir daha ürəkdən təbrik edir, sizə və ailələrinizə cansağlığı, xoşbəxtlik, firavanlıq və davamlı uğurlar diləyirəm.
Bayramınız mübarək, əziz həmkarlar!
Hörmətlə,
ADPU-nun Şəki filialının direktoru,
dosent Vurğun Məmmədov
