- Details
- Dərc edilib: 17 Mart 2025
- Oxunma sayı: 124
Mart ayından etibarən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xəzər İntellektual Klubu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” formatında “Tələbələrarası Azərbaycan kuboku-2025” yarışmasına start verilib. Yarısmaya qatılmaq məqsədilə martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin təşkilatçılığı ilə komandalararası seçim turu keçirilib. Yarışda 60 nəfərdən ibarət 10 komanda iştirak edib. Tədbiri giriş sözü ilə Karyera mərkəzinin müdiri Xuraman Həmidova açaraq, yarışın keçirilməsinin məqsədi ilə bağlı məlumat verib. Yarışın nəticəsinə görə, "Barbaros" komandası birinci yerə çıxaraq “Tələbələrarası Azərbaycan kuboku-2025” yarışmasında iştirak etmək hüququ qazanıb.