- Details
- Dərc edilib: 16 Mart 2025
- Oxunma sayı: 122
Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Səki filialının müəllim və tələbələri Şəki şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Məqsəd umummilli lider Heydər Əliyevin ideya-nəzəri irsi və sərəfli ömur yolu ilə tələbələri tanış etmək olub. Pedaqoji fakültənin dekan müavini baş muəllim Mehriban Kərimova və Filologiya fakültəsinin dekan müavini baş müəllim Pakizə Əliyevanin rəhbərliyi ilə tələbələr əvvəlcə ulu öndərin həyat yolundan bəhs edən fotomaterialları izləyiblər, sonra isə ümummilli liderin Azərbaycan dövlətinin qurulması və inkişafı istiqamətində çoxşaxəli fəaliyyətini əks etdirən materiallarla tanış olublar. Daha sonra mərkəzdə təşkil olunmuş “Milli-mənəvi dəyərlərimiz” mövzusunda sərgiyə baxış keçirilib. Sərgidə ölkəmizin tarixi, dövlətçilik ənənələri, Şəkidə tarixən mövcud olan sənətkarlıq növlərindən bəhs edən materiallar nümayiş olunub. Sərgi böyük maraqla qarşılanıb.