- Details
- Dərc edilib: 21 May 2026
- Oxunma sayı: 11
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Pedaqoji fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrinin asudə vaxtlarının səmərəli təşkili, onların tarixi-mədəni abidələrə marağının artırılması və dünyagörüşlərinin zənginləşdirilməsi məqsədilə ekskursiya təşkil olunub.
Tələbələrin istəyi əsasında keçirilən ekskursiyanın məkanı Pedaqoji fakültənin dekan müavini, baş müəllim Mehriban Kərimova və həmin ixtisasın tütoru Mətanət Bəşirovanın təşəbbüsü ilə Şəki Xanının Ev Muzeyi seçilib. Ekskursiya çərçivəsində yolüstü Xan məscidi də ziyarət olunub.
Ekskursiya zamanı tələbələr muzeylə yaxından tanış olub, tarixi abidənin memarlıq xüsusiyyətləri, Şəki xanlığının tarixi, dövrün yaşam tərzi və mədəniyyəti haqqında geniş məlumat əldə ediblər. Təşkil olunan gəzinti tələbələrin asudə vaxtlarının faydalı və səmərəli keçirilməsinə, eyni zamanda milli-mədəni irsimizin daha yaxından öyrənilməsinə şərait yaradıb.
Səmimi və maraqlı atmosferdə keçən ekskursiya tələbələr tərəfindən böyük maraqla qarşılanıb, onların tarixi abidələrə və milli dəyərlərimizə marağının daha da artmasına səbəb olub.
