- Details
- Dərc edilib: 23 Sentyabr 2026
- Oxunma sayı: 214
Sentyabrın 22-də Mingəçevir şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “GİNİus 86.600” intelektual - əyləncəli oyun keçirilib. Yarışda Şəki, Zaqatala, Qəbələ, Göyçay, Mingəçevir, Ağdaş şəhər və rayonlarının ali və orta ixtisas təhsil müəssisələrini təmsil edən tələbələrdən ibarət 14 komanda iştirak edib. Yarışda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialını təmsil edən “ADPU Şəki” komandası 3600 xal toplayaraq 6-cı yerdə qərarlaşıb.
