Adişirinova Almas Mustafa qızıADIŞİRİNOVA ALMAS MUSTAFA QIZI
Kabinet müdiri

QISA BİOQRAFİK MƏLUMAT

1949-cu ildə Şəki şəhərində anadan olub. 1956-1966-cı illərdə Şəki şəhər Nizami adına 7 saylı orta məktəbdə, 1969-1971-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji məktəbində, 1973-1978-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Pedaqojika və psixologiya fakültəsində təhsil almışdır. 1983-cü ildən 2000-ci ilədək Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun Şəki filialında metodist işləmişdir. 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında metodist işləyib. 2009-2015-ci illərdə AMİ-nin Şəki filialının Kredit sistemi və tələbə nailiiyyətlərinin qiymətləndirilməsi kabinetinin müdiri vəzifələrində çalışmışdır. 2015-ci ildən indiyədək ADPU-nun Şəki filialında Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabinetinin müdiri işləyir. Ailəlidir, üç övladı var.

TƏHSİLİ

1978-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Məktəbəqədər Pedaqogika və psixologiya fakültəsini bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1971-ci ildə Şəki şəhər 1saylı uşaq bağçasında tərbiyəçi,
1980-cı ildə Şəki şəhər 1 saylı uşaq bağçasında metodist,
1983-cü ildə Azərbaycan MMTİ-nin Şəki filialında metodist,
2000-ci ildə Azərbaycan Mİ-nin Şəki filialında metodist,
2009-cu ildə Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabinetinə müdir təyin olunmuşdur.
2009-2015-ci illərdə AMİ-nin Şəki filialının Kredit sistemi və tələbə nailiiyyətlərinin qiymətləndirilməsi kabinetinin müdiri vəzifələrində çalışmışdır.
2015-ci ildən indiyədək ADPU-nun Şəki filialında Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabinetinin müdiri işləyir.

TƏDRİS ETDİYİ FƏNLƏR

Məktəbəqədər pedaqogika, Ətrafaləmlə tanışlığın metodikası, S/f. Məktəbəqədər yaşlı uşaqların ailədə tərbiyəsi, Məktəb təliminə hazırlığın əsasları.

SEÇİLMİŞ ƏSƏRLƏRİ VƏ ELMİ-METODİK MƏQALƏLƏRİ

1. “Ictimai həyat hadisələri ilə tanışlığın təşkili”- “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalı,Bakı 1988 N:4 səh.53-56
2. "Məktəbəqədər müəssisədə ətraf aləmlə tanışlıq üzrə işin sistemi" - "Məktəbəqədər və ibtidai təhsil" jurnalı, Bakı 2011. N2 səh.31-36
3. "Məktəbəqədər təhsildə tərbiyəçi - uşaq münasibətləri"- Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" məcmuəsi, Bakı 2011. N4 səh: 204-208
4. “Məktəbəqədər müəssisələrdə ətraf aləmlə tanışlıq prosesində nitq inkişafının reallaşdırılması reallaşdırılması imkanları”. “Məktəbəqədər və ibtidai təhsil” jurnalı. 2012. № 2 Səh:33-40
5. “Məkt'bəqədər təhsilin təşkilinə verilən verilən tələblər”. “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” 2012. №4 səh 190-195
6. “Məktəbəqədər təhsilin yeniləşdirilməsi prosesi" Azərbaycan Respublikası təhsil problemləri institutu. Elmi konfransı 28 iyun 2012
7. “Məktəbəqədər təhsilin təşkilinə yeni yanaşma” AMİ II beynəlxalq konfrans 26 noyabr 2012
8. "Məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsində fəal təlim metodlarının praktik imkanları" AMİ III beynəlxalq konfrans. 22-24 may, 2014
9. Məktəbəqədər yaşlı uşaqların təbiətlə tanışlığının təşkili təcrübəsindən" - Məktəbəqədər və ibtidai təhsil jurnalı. Bakı. 2015, №4, səh. 45-49

“KREDİT SİSTEMİ VƏ TƏLƏBƏ NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ” KABİNETİ

Baloniya prosesinə gedilən yol 1998-ci ilin mayında Fransanın Paris şəhərində 4 Avropa ölkəsisnin - Böyük Britaniya,Almaniya,İtaliya və Fransanın təhsil nazirləri Sorbonna Bəyannaməsini qəbul etdikdən sonra başlamışdır. Sorbonna Bəyannaməsini imzalamış 4 nazir xarici təhsilalanların mobilliyinin,məzunların işədüzəlmə imkanlarının genişləndirilməsinə yönəldilmiş ümumi sistemin yaranmasını dəstəkləmişdir.1999-cu ilin iyun ayında 30 Avropa ölkəsinin təhsil nazirləri İtaliyanın Baloniya şəhərində Ümumavropa ali təhsil müəssisələrinin gələcək inkişaf tendensiyaların rəsmi sənədinin təsdiqləməsi üşün hazır olduqlarını bildirmiş və rəsmi sənəd imzalamışdır.Bu da Baloniya prosesi kimi tarixə daxil olmuşdur.
Avropa məkanında bu proses intensiv şəkildə gedir və 2010-cu ilədək həmin prosesə bütün Avropa ölkələrinin qoşulması gözlənilir.Ümumiyyətlə,bu günədək Avropa regionunda ali təhsil sistemi inkişaf etmiş və Avropa Şurasına üzv olan 46 ölkədən 45-i Boloniya prosesinə rəsmi şəkildə qoşulmuşdur.
Azərbaycan bu prosesə qoşulmaq üçün ilk addımlarını 2004-cü ildə atmışdır.Belə ki, 17-18 may 2004-cü il tarixlərində Avropa Şurasının Baş Direktorluğunun (Strasburq şəhəri) təşəbbüsü ilə keçirilmiş Qafqaz ölkələri təhsil nazirlərinin konfransinda xüsusi Bəyannamə qəbul olunmuş və hımin rəsmi sənədə Azərbaycan Respublikasının təhsil naziri də öz imzasını atmışdır.
2005- ci il may ayının 19-dа Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycan Boloniya prosesinin həqiqi üzvü seçilmişdir.
Baloniya deklorasiyasının əsas müddəaları aşağıdakılardır.
İkipilləli ali təhsil sisteminin tətbiqi;
Kredit sisteminin tətbiqi;
Təhsilin keyfiyyətinə nəzarət;
Mobilliyin genişləndirilməsi;
Dərəcələrin taninması;
Məzunların işə düzəlməsinin təmin olunması;
Avropa təhsil sisteminə cəlb olunmanın təminatı;
Təhsilin sosial yönümlüyünün təmin edilməsi (ömür boyu təhsil) AMİ-nin Şəki filialında “Kredit sistemi və tələbə naliyyətlərinin qiymətləndirilməsi” kabineti təsdiq olunmuş struktura görə 02/68 nömrəli 15.09.2008-ci il tarixli əmrə əsasən fəaliyyətə başlamışdır.Kabinet struktur bölmələrdən biri olub,AMİ-nin Nizamnaməsi və “Kredit sistemi və tələbə naliyyətlərinin qiymətləndirilməsi” kabinetinin əsasnaməsi ilə müəyyənləşdirilmiş funksiyalari yerinə yetirir.Kabinetdə müdir, 2 metodist, 1operator, 2 lobarant ,3tyutor fəaliyyət göstərir.

Müdir: Adışirinova Almas Mustafa qızı

Metodistlər:
Məhərrəmova Amalya Şirəli qızı

Mütəxəssis:
Abdulsəlimli İbrahim Məmmədrəhim oğlu
Şirəliyeva Sevil Əhməd qızı
Şəmmətova Samirə Xanlar qızı

Operator:
Məmmədova Sevinc Əli qızı
Əsədova Aysel Fərman qızı
Osmanova Gültən Heydər qızı

Lobarant:
Əşrəfli Rəvanə Elman qızı

Kredit kabinetinin əsasnaməsi