- Details
- Dərc edilib: 10 Aprel 2025
- Oxunma sayı: 1420
Aprelin 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının müəllim və tələbələri Şəki rayonu Heydər Əliyev adına Kiş kənd 1 nömrəli tam orta məktəbində olublar. Filialın müəllim və tələbələri məktəbin rəhbərliyi ilə görüşdükdən sonra Vətən müharibəsi şəhidlərinə həsr olunmuş otaqda toplanmış materiallarla tanış olublar. Sonra filialın təşkilatçılığı ilə məktəbin iclas zalında "Təbiəti qoru, gələcəyi qazan!" adlı maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Anar Baxışov açaraq, qonaqları kollektivə təqdim edib və tədbirin təşkilinin əhəmiyyətindən bəhs edib. Tədbirdə filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi g.-m.ü.f.d. Hüseyn Mustafabəyli tədbirin məqsədi və qarşıda duran vəzifələr barədə məlumat verib, filialın Tələbə Elmi Cəmiyyətinin sədri baş müəllim Səadət Feyzullayeva, müəllim Murad Qəhrəmanov ekoloji problemlərlə bağlı maraqlı mövzularda çıxış ediblər. Sonra məktəbin tarix müəllimi Cəsarət Abdullayevin “Kiş kəndinin tarixi bu günə qədər" mövzusunda çıxışı dinlənilib. Tədbirdə filialın tələbələri Tariel Abdulhəmidov, Elvira Qurbanova, Günay İbrahimova, Sevda Vəliyeva, Zərrin Mənəfli, Ləman Məmmədli, Aysun Yusifova, Arif Salmanlı, Əfruz Hüseynli, Dilarə Zeyidovanın ekoloji problemlərlə bağlı maraqlı təqdimatları olub. Tədbirin sonunda filialın baş müəllimi, c.ü.f.d. Qafqaz Ağabalayev çıxış edərək, məktəb rəhbərliyinə təşəkkürünü bildirib, filial əməkdaşlarının kitablarını və tələbələrin hazırladığı maketi məktəbə təqdim edib. Sonda xatirə şəkilləri çəkilib.