- Details
- Dərc edilib: 14 Aprel 2025
- Oxunma sayı: 1270
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin birgə qərarına əsasən, ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsinə start verilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının müsabiqənin I mərhələsində fərqlənən tələbələri II mərhələdə iştirak etmək hüququ qazanıblar. Onlar müsabiqənin aprelin 9-da başlayan II mərhələsində münsiflər heyəti qarşısında bədii qiraət, rəqs, mahnı, musiqi alətində ifa üzrə öz bacarıqlarını göstəriblər. Qeyd edək ki, bu mərhələ aprelin 22-nə kimi davam edəcək. Münsiflər heyətinin qərarına əsasən hər bir nominasiya üzrə üçüncü mərhələdə iştirak edəcək qaliblər müəyyənləşdiriləcək.