QISA BİOQRAFİK MƏLUMAT

Mən - Heydərova Zümrüd Kazım qızı 1967- ci ildə Qəbələ rayonunda ziyalı ailəsində anadan olmuşam. 1974-1984-cü illərdə orta məktəbdə oxumuşam. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Filalogiya fakültəsində təhsil almışam. 1994-2000-ci illərdə Qəbələ rayonunda dil-ədbiyyat müəllimi işləmişəm.
1998-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnistitutunun Azərbaycan dili tarixi şöbəsinin qiyabi aspirantı olmuşam. 2001-dən 2018-ci ilədək Nəsimi adına Dilçilik İnistitutunun Azərbaycan dili tarixi şöbəsində elmi işçi vəzifəsində çalışmışam. Bu müddət ərzində 7 tezis, 13 məqaləm (2-si xaricdə olmaqla) çap olunub. Bir sıra elmi konfranslarda məruzə etmişəm (Azərbaycan Yazıçılar Birliyi və Qafqaz Universtetinin təşkilatçılığı ilə Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu- III. 21-23 aprel 2016; I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş,, Türkoloji elmi- mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar,, mövzüsunda Beynəlxalq konfrans 15-14 noyabr 2016).
2017-ci ildə ,,XX əsrin əvvələrində Azərbaycan uşaq ədəbiyyatının dili və üslubu,, adlı disertasiyanı müdafiə edərək filalogiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşəm.
Hazırda Azərbaycan Dövlət Pedəqoji Universtetinin Şəki filialında müəllim vəzifəsində çalışıram.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1994-cü-ildə BDU-nun filolologiya
2003-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin qiyabi aspiranturasını bitirib
2017-ci ildə “XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatının dili və üslubu” adlı dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.

ƏMƏK FƏALİYYƏTİ

1994-2000-ci illərdə Qəbələ rayonu Çarxana kənd orta məktəbində müəllim
2001-2018-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsində elmi işçi
2018-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında müəllim

TƏDQİQAT SAHƏSİ

Azərbaycan dili

TƏDRİS ETDİYİ FƏNLƏR

Müasir Azərbaycan dili, s/f Ümumi dilçilik, s/f Orfoqrafiya və orfoepiya təliminin əsasları, s/f Azərbaycan dilində fel

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

2000-ci il –Azərbaycan uşaq ədəbiyyatının ilkin qaynaqları (linqvistik tədqiqat). Dil və ədəbiyyat. Nəzəri, elmi, metodik jurnal. Bakı. BDU, 3 (28). səh. 97-99.
2002-ci il –XX əsrin əvvəllərində tərcümə uşaq ədəbiyyatının dili. Filologiya məsələləri. Bakı, № 5, səh.106-110.
2005-ci il –XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatında onomastik vahidlər. Onomastika elmi-onomastik jurnal. Bakı, № 1, s. 28-31.
2006-cı il –XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatının dilində onomastik vahidlər. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Tədqiqlər. Bakı, № 1, s. 181-189.
2006-cı il –XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatının dilində leksik-semantik söz qrupları. AMEA “Xəbərlər”, Humanitar Elmlər seriyası. Bakı, Elm, № 2-4, s. 249-261.
2007-ci il –XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatının dilində frazeoloji vahidlər. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Tədqiqlər. Bakı, № 2, s. 335-349.
2013-cü il –F.Köçərli və XX əsrin əvvəllərində uşaq ədəbiyyatının dili. AMEA “Xəbərlər”. Humanitar Elmlər seriyası (xüsusi buraxılış) Bakı, Elm, №1, s. 128-135.
2013-cü il –Синтаксические особенности азербайджанской детской лите¬ра-туры в начале XX века и их лингвистический анализ // Ученые записки Таврического Национального Университета им. Вернадского. Серия филология и социальные коммуникации. № 2, (Украина).
2013-cü il –Пословицы и загадки в языке азербайджанской детской литературы в начале XX века // Материалы международной конференции на тему «Язык, культура, этикет в современном полиэтническом пространстве». Нальчик, (РФ)
2014-cü il –XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatının dilində söz yaradıcılığı. Dilçilik İnstitutunun əsərləri. №1,səh 70-75
2014-cü il. XX əsrin əvvəllərində uşaq ədəbiyyatının dilində alınma sözlər. Dilçilik İnstitutu əsərləri №2 səh 50-54