2024-cü il mart ayının 12-də filialın tələbələri üçün “İş Axtarışı” adlı təlim kiçirilib.
Təlimi filialın əməkdaşı, həmçinin Karyera Konsultantı Nuran Mürşüdzadə təşkil edib. Təlim iştirakçılarına əmək bazarının mövcud vəziyyəti, yeni çağırışlar haqqında ətraflı məlumat verib. İş axtarma üsulları, bu zaman meydana çıxan problemlərin həlli yollarından söhbət açılıb. Fəal diskussiya şəraitində keçən təlimin sonunda tələbələr iş axtarışı prosesində başlıca tanıtma vasitəsi olan müxtəlif müraciət və SV-formaları hazırladılar.





001002003
fondeduadpubir

VKkj