Əkbərova Əsmayə Bəxtiyar qızıƏkbərova Əsmayə Bəxtiyar qızı - kafedra müdiri

KAFEDRA TARİXİ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Filologiya fakültəsinin “Dillər” kafedrası 30 oktyabr 2004-cü ildə yaranmışdır. Dillər kafedrası dilin aktual problemlərinə həsr olunmuş tədqiqat işi aparılan mərkəzlərdən biri kimi tanınmışdır. Kafedranın ilk rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent G.A.Abdullayeva olmuşdur. 9 dekabr 2006 və 2011-ci illərdə kafedraya müdir vəzifəsinə filologiya üzrə fəlsəfə doktoru, dosent U.B.Mürşüdova seçilmişdir.17 oktyabr  2017-ci ildən kafedraya b/m. Ə.B.Əkbərova rəhbərlik edir.Kafedrada elmi istiqamətin müəyyən edilmiş, kafedra müəllimləri respublika və beynəlxalq səviyyəli konfranslarda uğurla iştirak etmişlər.
Kafedranın fəaliyyəti müddətində ana dili və xarici dillərin bilik - bacarıqlarının inkişaf etdirilməsi, kompitent mütəxəssislərinin yetişdirilməsində, mühazirə, seminar və praktiki fəaliyyətlərinin bir çox sahələrində, o cümlədən, tərcümə, şifahi nitq, tələbə və müəllim elmi yaradıcılıq istiqamətlərində mühüm elmi nəticələr əldə edilmişdir. Bu nəticələrin bir çoxu dünyanın yüksək reytinqli elmi jurnallarında çap olunmuş və sertifikatla nəticələnmişdir.

ƏMƏKDAŞLARI

• 3 nəfər dosent
• 4 nəfər fəlsəfə doktoru
• 17 nəfər baş müəllim
• 10 nəfər müəllim
• 4 nəfər laborant

1. Əkbərova Əsmayə Bəxtiyar qızı - kafedra müdiri
2. Abdullayeva Gülarə Abdurahman qızı
3. Mürşüdova Ulduz Bəşir qızı
4. Hümbətova Şərqiyyə Nüsrət qızı
5. Abdullayeva Xalidə Firuddin qızı
6. Məsimova Nübar Rasim qızı
7. Rəhimova Yeganə Abdulla qızı
8. Süleymanova Azadə Abdulhəmid qızı
9. Əliyeva Yaqut Vəli qızı
10.Lətifova Kəmalə Yaşar qızı
11.Əliyeva Sevinc Akif qızı
2. Rəfiyeva Xuraman Əli qızı
13.Kərimova Dilarə Məmmədəli qızı
14.Qasımova Aytən Fərman qızı
15.Rəhimova Çimnaz Xasməmməd qızı
16.Əmrahova Məhsəti Mais qızı
17.Mikayılov Sahib İsmayıl oğlu
18.Mustafayeva Nəzakət İramzadə qızı
19.İsrafilova Mahirə Lütfəli qızı
20.Nəsrullayeva Nərminə Zülfəli qızı
21.Həsənova Vüsalə Fərrux qızı
22.Allahyarova Könül Qalib qızı
23.Qədirova Türkan Möylam qızı
24.Bəşirzadə Əfsanə Rüstəm qızı
25.Mürşüdzadə Nuran İsmayıl qızı
26.Musayeva Gülnar Elmaz qızı
27.Məmmədova Həlimə Elmar qızı
28.Abdurahmanova Safurə Səlahəddin qızı

TƏDRİS-KÖMƏKÇİ HEYƏT:

1.Yunusova Şəhla Yusif qızı (laborant)
2.Məmmədova Maral Vəli qızı (laborant)
3.Naibova Xalidə İsgəndər qızı (laborant)
4.Orucova Türkanə Elşad qızı (laborant)

ELMİ FƏALİYYƏTİ

Kafedra aşağıdakı elmi istiqamətlərdə fəaliyyət göstərir:

1. Ali məktəblərdə ingilis və fransız dillərinin xarici dil kimi tədrisi metodikası;
2. Ali məktəblərdə azərbaycan dilinin ana dili kimi tədrisi metodikası;
3. Ölkəşunaslıq;
4. Nitq və pedaqoji təcrübələrin keçirilməsinin təkmilləşməsi.
5. Azərbaycan Respublikanın ümumtəhsil məktəb müəllimləri və şagirdləri üçün təlim-tədris prosesinə müasir yanaşma tələbələrinə cavab verən proqramlar, dərs vəsaitləri və dərsliklərin hazırlanması;
6. Bütün fakültələrdə ana dili, fransız və ingilis dillərinin tədrisinin elmi əsaslarının hazırlanması;
7. Tədris prosesinin metodik və didaktik təminatı.
Kafedra əməkdaşları yuxarıda qeyd edilən istiqamətlərdə müəyyən elmi-tədqiqat işləri aparmış və aşağıdakı praktik əhəmiyyət kəsb edən kitabları nəşr etdirilmişdir:

KİTABLAR

1.Azərbaycan dilində -sa, -sə şəkilçisi, onun qrammatik və üslubi xüsusiyyətləri. Bakı, “Elm”, 2000,120 səh.
2.Müasir Azərbaycan dili. II hissə.(Morfologiya, sintaksis). Dərs vəsaiti. Bakı, “Elm və təhsil”, 2013.308 səh.
3.Ali və orta məktəblərdə Azərbaycan dilinin inteqrativ tədrisi. Metodik vəsait. Bakı, “Müəllim”, 2014.164 səh.
4."Müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri (orta təhsil sisteminin təcrübəsi
əsasında). Müəllimlər üçün vəsait. Adiloğlu nəş. Bakı, 2006
5.İnteqrativ kurrikulum: Mahiyyəti və nümunələr: Kitab(müəllimlər üçün vəsait) Bakı, 2005
6.English Teaching Methods: Metodiki vəsait 2012,
7.Müasir fars dilində feildən düzələn isimlər adlı monoqrafiyası, Müasir Azərbaycan dili. I hissə. dərs vəsaiti vardır.
8.Handbook of translation.2021

METODİK VƏSAİTLƏR

1. İngilis dili dərslərinin tədrisində yeni təlim metodlarından istifadə qaydaları: Kitab, metodiki vəsait Bakı, 2008, səh. 68
2. English Teaching Methods: Metodiki vəsait 2012, səh. 198
3. Əski Azərbaycan əlifbasının tədrisi metodikası metodiki vəsaiti,
4. Müasir Azərbaycan dilində mürəkkəb cümlələrin quruluş xüsusiyyətləri.

PROQRAMLAR

İngilis dili bacarıqları
İngilis dilinin kommunikativ fonetikası
İngilis dilinin kommunikativ qrammatikası
Fransız dili bacarıqları
Fransız dilinin kommunikativ fonetikası
Fransız dilinin kommunikativ qrammatikası
Dinləmə və tələffüz
Xarici dildə oxu və nitq
Müasir ingilis dili
Müasir fransız dili
Xarici dil (fransız dili)
s/f Fransız dilində akademik yazı bacarıqları
İxtisas dilinin tədrisi metodikası
Ölkəşünaslıq
İxtisas ölkəsinin ədəbiyyatı
s/f Təhsil sahəsində ingilis dili
İxtisas dilinin leksikologiyası
İxtisas dilinin üslubiyyatı
Xarici dil (ingilis dili)
s/f. Dil tarixi
s/f. Müasir ingilis dili
s/f. Mətbuat dili
s/f. Tərcümə
s/f. Sivilizasiya
Xarici dildə işgüzar və akademik kommunikasiya
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Dilçiliyə giriş
Müasir Azərbaycan dili
Ana dilinin tədrisi metodikası
Nitq mədəniyyəti
Azərbaycan dili
İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası
Əski Azərbaycan yazısı
s/f. Ədəbi dil tarixi
Azərbaycan dili tarixi
s/f. Azərbaycan dilində feil
s/f. Azərbaycan ədəbi dili tarixi
s/f. Ümumi dilçilik
s/f. Türk dillərinin müqayisəsi
Azərbaycan dilinin tədrisi metodikası
Nitq inkişafı metodikası

ƏMƏKDAŞLIQ

Dillər kafedrası elmi, tədris fəaliyyətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Humanitar elmlər kafedrası, Ümumelmi fənlər kafedrası ilə əməkdaşlıq edir.

TƏDRİS İŞİ:

İngilis dili bacarıqları
İngilis dilinin kommunikativ fonetikası
İngilis dilinin kommunikativ qrammatikası
Fransız dili bacarıqları
Fransız dilinin kommunikativ fonetikası
Fransız dilinin kommunikativ qrammatikası
Dinləmə və tələffüz
Xarici dildə oxu və nitq
Müasir ingilis dili
Müasir fransız dili
Xarici dil (fransız dili)
s/f Fransız dilində akademik yazı bacarıqları
İxtisas dilinin tədrisi metodikası
Ölkəşünaslıq
İxtisas ölkəsinin ədəbiyyatı
s/f Təhsil sahəsində ingilis dili
İxtisas dilinin leksikologiyası
İxtisas dilinin üslubiyyatı
Xarici dil (ingilis dili)
s/f. Dil tarixi
s/f. Müasir ingilis dili
s/f. Mətbuat dili
s/f. Tərcümə
s/f. Sivilizasiya
Xarici dildə işgüzar və akademik kommunikasiya
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Dilçiliyə giriş
Müasir Azərbaycan dili
Ana dilinin tədrisi metodikası
Nitq mədəniyyəti
Azərbaycan dili
İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası
Əski Azərbaycan yazısı
s/f. Ədəbi dil tarixi
Azərbaycan dili tarixi
s/f. Azərbaycan dilində feil
s/f. Azərbaycan ədəbi dili tarixi
s/f. Ümumi dilçilik
s/f. Türk dillərinin müqayisəsi
Azərbaycan dilinin tədrisi metodikası
Nitq inkişafı metodikası

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş aparıcı fənlərə aid dərslik, dərs vəsaitləri, metodik vəsaitlər əldə edilmişdir. Bu fənlərin tədrisi Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqramlara istinadən həyata keçirilir. Kafedrada əsas fənlərlə yanaşı seçmə fənlər də tədris edilir. Tədris vəsaitləri kimi kafedra əməkdaşları tərəfindən hazırlanan ədəbiyyatlardan da istifadə olunur. Kafedra əməkdaşları bir sıra proqramlar tərtib etmişlər.

Dillər kafedrası 3 ixtisas üzrə pedaqoji kadrların hazırlanması ilə məşğuldur:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
2. İngilis dili müəllimliyi
3. Fransız dili müəllimliyi
Qeyd edilən ixtisaslara uyğun dərs vəsaitləri, dərslik və proqramlar əldə edilmişdir.

Müstəqillik qazandıqdan sonra Azərbaycan respublikasında qəbul edilmiş təhsillə bağlı dövlət sənədlərində aparılacaq islahatlarla yanaşı bu islahatların konkret məqsədi də göstərilir. 15 iyun 1999-cu ildə ümummilli lider H.Əliyevin 168 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı”nda islahatın məqsədi konkret şəkildə göstərilir: “Təhsil sahəsində islahat proqramının əsas məqsədi məktəbəqədər, orta, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanunda təsbit olunmuş tələbləri, sosial, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir. Təhsil islahatını zəruri edən sənədlərdən biri kimi aşağıdakıları qeyd etmək lazımdır: İctimai siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universiallaşdığı, informasiya kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətveriici qüvvəsi olan insanın formalaşmasına və problemlərin həllinə yönəltməkdir.”
Dillər kafedrası fəaliyyətində Azərbaycan Respublikası prezidentinin 2009-cu il 22 may tarixli 295№ sərəncamla təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət proqramı”nın qarşıya qoyduğu vəzifələrə uyğun fəaliyyət göstərir.
Kafedra 24 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin 13 saylı sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət strategiyası” nın hədəflərini və istiqamətlərini fəaliyyətində əsas götürmüşdür. Bu istiqamətlərə uyğun olaraq kafedra şəxsiyyətyönümlü təhsil məzmunun əldə edilməsinə, ali təhsil müəssisəsində fəaliyyət göstərən insan resurslarının müasirləşdirilməsinə, onların innovativ metodlardan səmərəli mənimsəməni təmin edən metodlardan istifadə etmələrinə diqqəti artırır.