- Details
- Dərc edilib: 03 Noyabr 2025
- Oxunma sayı: 193
Noyabrın 2-də Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinın Şəki Xalq Tətbiqi Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyasının birgə təşəbbüsü ilə Şəki Xalq Tətbiqi Sənəti Muzeyinın həyətyanı ərazisində 8 Noyabr - Zəfər Günü münasibətilə sərgi və masterclass təşkil olunub.
Sərgidə Şəki Regional “ASAN xidmət” Mərkəzinin könüllüləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri, Şəkinin ümumtəhsil məktəblərinin şagirdləri və Şəkidə fəaliyyət göstərən rəssamların əsərləri nümayiş olunub. Müxtəlif üslublarda olan əsərlərdə Azərbaycanın dövlət bayrağının təsvirləri, azadlıq simvoluna çevrilmiş xarı bülbül və göyərçin rəsmləri, zəfər yolunda əsgərlərimizin göstərdikləri şücaətləri özündə əks etdirən görüntülər, Azərbaycanı tərənnüm edən mənzərələr təsvir olunub.
Tədbir çərçivəsində həmçinin keramika, kətan və kağız üzərində boyama, rəngləmə texnikası ilə bağlı ustad dərsləri də təşkil olunub. Tədbirin sonunda iştirakçılara Təşəkkürnamə təqdim olunub. Təltif olunanlar sırasında ADPU-nun Şəki filialının “Məktəbəqədər təhsil” ixtisasınin tələbəsi Pərvanə Zərgərova da olub. Qeyd edək ki, Pərvanə Zərgərova sərgidə öz əl işləri ilə iştirak edib və onun əl işləri maraqla qarşılanıb.













