2024-cü il aprel ayının 26-da ADPU-nun Şəki filialın “Məktəbəqədər təhsil” ixtisasının IV tədris ili tələbəsi Yaqut Bəkirli Şəki şəhər 17 saylı uşaq bağçasında “Təsviri fəaliyyət” fənnindən sınaq məşğələsi keçib. Məşğələdə uşaqlara kağız materialdan istifadə etməklə, müxtəlif canlıların və cansız əşyaların modellərinin quraşdırılması qaydaları öyrədilib. Daha sonra uşaqlarla birgə bugünkü məşğələnin mövzusuna uyğun olaraq, kağızdan qurbağa modeli qurulub.
Sınaq məşğələsində filialın Pedaqoji fakültəsinin dekanı Xalidə Abdullayeva, pedaqoji təcrübə rəhbəri Asudə Bədəlova, metodist Vüsalə Qaragözova, tərbiyəçi müəllim Vüsalə Hacıyeva və təcrübəçi tələbələr iştirak ediblər.