ADPU Şəki filialı

Əlaqə vasitələri

2024-cü il aprel ayının 17-də ADPU-nun Şəki filialın “Təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri professor Firədun İbrahimov, b/m.Gülnarə Qarayeva, pedaqoji təcrübə rəhbəri Asudə Bədəlova Şəki şəhər 7 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının V tədris ili tələbəsi Rəvanə Hacıyevanın sınaq dərsində iştirak edib. Sonda dərsin müzakirəsi təşkil edilib, irad və tövsiyələr tələbənin nəzərinə çatdırılıb.
Müzakirə zamanı professor F.N.İbrahimov tədris prosesinin elmi idrak prosesinə daha optimal variantlarda yaxınlaşdırılmasına diqqət yönəldib. Bildirib ki, öyrənilməli olan materialın şagirdlərin idrak təlabatının təminolunma obyektinə çevrilməsinə diqqət yetirmək, təlimi problemin formuləsində və həllində şagirlərin fəal iştirakını təmin etmək, təlimin səmərəliliyini şərtləndirdiyini unutmamaq vacibdir.