ADPU Şəki filialı

Əlaqə vasitələri

2024-cü il may ayının 3-də ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən tar.ü.f.d. Vüsal Baxışov, Keyfiyyətin təminatı şöbəsinin müdiri, b/m. Nərminə Nəsrullayeva, Karyera Mərkəzinin müdiri, b/m. Xuraman Həmidova Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 saylı tam orta məktəbdə olub, XI sinif şagirdləri ilə görüşüblər.
Məktəbin direktoru Billur Abdulsəlimli görüşü giriş sözü ilə açaraq, filial əməkdaşları ilə təşkil edilən tədbirin məramı barədə məlumat verib.
Çıxış edən Vüsal Baxışov şagirdlərə ADPU-nun Şəki filialı haqqında qısa məlumat verərək qeyd edib ki, ixtisas seçimi zamanı təmsil etdikləri filialı seçəcəyi təqdirdə onların peşəkar kimi yetişməsi üçün bütün şəraitlə təmin olunacaqlar. Daha sonra b/m. Nərminə Nəsrullayeva geniş təqdimatla çıxış edib. Sonda çıxış edən b/m. Xuraman Həmidova filialda yüksək səviyyəli tədrislə yanaşı tələbələrə öz asudə vaxtlarını səmərəli və əyləncəli keçirmək üçün geniş imkanların yaradıldığını qeyd edib və onlara qəbul imtahanlarında uğurlar arzulayıb.