30 aprel 2024-cü il tarixdə ADPU-nun Şəki filialının növbəti Elmi Şura iclası keçirilib. İclasda ADPU-nun Şəki filialının 30 nəfər Elmi Şura üzvündən 26 nəfəri və dəvət olunmuş tyuorlar və laborantlar iştirak edib.
Elmi Şuranın sədri, tarix üzrə fəlsəfə doktoru, dosent V.R. Məmmədov ADPU – nun 2024-cü ilin aprel ayının 25-də keçirilmiş Elmi Şurasında qarşıya qoyulmuş vəzifələrlə bağlı Elmi Şura üzvlərinə geniş məlumat verib.
Daha sonra Elmi Şuranın gündəliyində duran məsələlərin müzakirəsi davam etdirilib. Filialın “Riyaziyyat və informatika müəllimliyi” ixtisasında tədris prosesinin təşkili və gedişi vəziyyəti haqqında” adlı birinci məsələ ilə bağlı filialın “Təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri professor F.N.İbrahimov məlumat verib. Professor F.N. İbrahimovun məlumatında “Riyaziyyat və informatika müəllimliyi” ixtisasında tədris prosesinin təşkili və gedişi vəziyyəti geniş təhlil olunaraq qarşıdan gələn yaz imtahan sessiyasına hazırlığın gedişi vəziyyəti müzakirə edilib. Gündəlikdə duran “2023-cü il üçün filialın kafedralarında reytinq qiymətləndirmənin nəticələri haqqında” adlı ikinci məsələ ilə bağlı filialın Keyfiyyət Təminatı Şöbəsinin müdiri, baş müəllim Nərminə Nəsrullayeva məlumat verib. Sonra Elmi Şura gündəlikdə duran filialın “Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş” şöbəsinin hesabatını dinləyərək müzakirə edib. Sözügedən şöbənin hesabatını Elmi Şuraya “Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş” şöbəsinin müdiri vəzifəsini icra edən R.Rüstəmova təqdim edib.
Elmi Şura gündəlikdə duran sonuncu məsələni - “Xidmət şöbəsi”nin fəaliyyəti haqqında” hesabatını dinləyərək müzakirə edib.Hesabatı Elmi Şuraya şöbə müdiri A.M. Abubəkirov təqdim edib. Hər dörd məsələ Elmi Şura tərəfindən açıq səsvermə yolu ilə təsdiq edilərək yekdil qərar qəbul edilib.
Sonda filialın Elmi işlər üzrə direktor müavini, dosent N.Z. Çələbiyev gündəlikdə duran cari məsələləri müzakirəyə çıxarıb, müvafiq qərarlar açıq səsvermə ilə qəbul edilib.
Elmi Şura iclası işgüzar şəraitdə başa çatıb, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.