- Details
- Dərc edilib: 01 Noyabr 2024
- Oxunma sayı: 658
Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının növbəti Elmi Şura iclası keçirilib.
Elmi Şuranın sədri, direktor tar.ü.f.d., dosent Vurğun Məmmədov əvvəlcə filialın “İbtidai sinif müəllimliyi” ixtisasında 28-29 oktyabr tarixlərində keçirilmiş proqram akkreditasiyasının nəticələrini diqqətə çatdırıb, sonra filialın baş mühasibi Elnarə Lətifovanı Dövlət İmtahan Mərkəzinin keçirdiyi “Peşəkar mühasib” sertifikatı üçün imtahanın hər iki mərhələsindən uğurla keçməsi münasibətilə təbrik edib və sertifikatı E.Lətifovaya təqdim edib. Sonra Elmi Şura üzvlərini iclasın gündəliyi ilə tanış edib.
Elmi Şurada filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva “Filialın kafedralarında fərdi iş planlarının, fənn sillabuslarının, elektron mühazirələrin tərtibi vəziyyəti və digər tədris resursları ilə təminat haqqında” məruzə edib, sonra məsələ ilə bağlı kafedra müdirlərinin çıxışları dinlənilib.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı (“Filologiya fakültəsinin dekanlığında 2024-2025-ci tədris ili üçün planlaşdırma işlərinin və tədris prosesinin təşkili vəziyyəti haqqında”) fakültənin dekanı dos.Ulduz Mürşüdovanın hesabatı dinlənilib. Natiq çıxışında 2024-2025-ci tədris ili üçün dekanlıqda aparılmış planlaşdırma işlərinin tədrisə göstərəcəyi təsir və tədris prosesinin təşkili vəziyyətinin perspektivləri ilə bağlı geniş məlumat verib.
Elmi Şurada bir sıra cari məsələlərə baxılıb.
Müzakirə olunmuş məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.