Aprelin 4-də ADPU-nun Şəki filialında Azərbaycan poeziyasının tanınmış simalarından olan şair Əli Kərimin anadan olmasının 90 illiyinə hərs olunmuş “Adi bir insanam mən...” adlı elmi seminar keçirilib. Microsoft Teams proqramı vasitəsilə keçirilən seminarda filialın müəlim və tələbələri iştirak ediblər. Seminarda filialın Humanitar fənlər kafedrasının baş müəllimi Pakizə Əliyeva iştirakçılara şairin keçdiyi həyat yolu, yaradıcılığının bütün istiqamətləri, Əli Kərim poeziyasının əsas xüsusiyyətləri haqqında geniş və əhatəli məlumat verib, şair haqqında yazılan əsərlər və söylənilən fikirlərdən bəhs edib. Filialın Humanitar fənlər kafedrasının baş müəllimləri İlahə Süleymanova və Mirvari Eminova çıxış edərək ədibin yaradıcılığı haqqında öz fikirlərini iştirakçılarla bölüşüblər. Seminarda şairin yaradıcılığı ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva Əli Kərim yaradıcılığı haqqında düşüncələrindən söz açıb və seminarın təşkilatçılarına minnətdarlığını bildirib.