Şəki Regional Debat Mərkəzinin təsis edilməsinin 12-ci ildönümü münasibətilə hesabat konfransı keçirilib. Konfransda Şəkidə fəaliyyət göstərən bir sıra idarələrin rəsmiləri, təhsil müəssisələrinin əməkdaşları, müharibə
iştirakçıları, șəhid ailələri və ictimaiyyət nümayəndələri, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının müəllim və tələbələri iştirak ediblər. Tədbirdə filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidovaya "ŞƏKİ GƏNCLİYİNİN DOSTU - 2024" mükafatı təqdim olunub.