Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Şəki şəhəri və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşları üçün təlim keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən təlim, kitabxana sahəsində çalışanların peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi, rəqəmsal resurslardan istifadə biliklərinin artırılmasına xidmət etməkdən ibarət olub.
Təlim Müasir kitabxanalarda elektron-informasiya xidmətinin təşkili, KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi mövzularına həsr olunub.
Təlimdə ADPU- nun Şəki filialının Kitabxana müdiri Türkan Mirzəyeva və kitabxanaçı Günay Mustafazadə də iştirak ediblər.
Təlimdə iştirakçılar Kitabxana sistemlərinin idarə olunması və rəqəmsal kataloqlaşdırma haqqında geniş məlumat əldə ediblər.