- Details
- Dərc edilib: 11 Mart 2025
- Oxunma sayı: 113
Martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin təşkilatçılığı ilə “Müsahibə” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində məqsəd gənclərin gələcəkdə karyera qurmalarına kömək məqsədi daşıyıb. Təlimi Dillər və onların tədrisi texnologiyası kafedrasının müəllimi, karyera məsləhətçisi Nuran Mürşüdzadə aparıb. Təlimdə filialın buraxılış kurslarının tələbələri iştirak ediblər. Təlimi giriş sözü ilə açan Karyera mərkəzinin müdiri Xuraman Həmidova müsahibə mərhələsinin məhiyyəti və ona hazırlaşmanın yolları haqqında məlumat verib. Sonra təlimçi tələbələrə müsahibənin növləri və gedişi prosesini ətraflı izah edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.