İyunun 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Məzun günü” tədbiri keçirilib. Filialın Tələbə Həmkarlar Təşkilatının sədri, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Günel Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti, cari tədris iliniın məzunları, onların valideynləri və tələbələr iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib. Tədbirdə filialın direktoru tarix üzrə fəlsəfə doktoru dosent Vurğun Məmmədov giriş nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb, məzunları ali təhsili başa vurmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Natiq son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq, müstəqil və ərazi bütövlüyü təmin olunmuş Azərbaycanın işıqlı gələcəyi naminə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Tədbirdə filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov çıxış edərək, məzunları və onların valideynlərini təbrik edib, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Məzunlardan Qəribə Əmiyeva, İnci Abdulsəlimli, Xədicə Şərifli, valideynlərdən Müşfiq Əhmədov çıxış edərək, gənclərin mükəmməl təhsil almaları üçün yaradılan şəraitə görə filialın rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbirdə təhsili “əla” qiymətlərlə bitirən, eləcə də içtimai işlərdə fəalliq göstərən məzunlara fəxri fərman və təşəkkürnamələr təqdim olunub. Tədbir musiqili proqramla davam edib.