- Details
- Dərc edilib: 17 Dekabr 2025
- Oxunma sayı: 25
Dekabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında fəaliyyət göstərən “Kağız ruhlar” kitab klubunda görkəmli yazıçı Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə” əsərinin müzakirəsi keçirilib. Müzakirədə klunun təhbəri, Humanitar fənlər kafedrasının baş müəllimi Rasimə Bəkirova, baş müəllim Nübar İbrahimova və tələbələr iştirak ediblər. Müzakirə zamanı əsər dərindən analiz olunub, yazarın həyatı və əsərdəki mövzular arasında maraqlı müqayisələr aparılıb, Balaca Şahzadənin simvolik mənaları, insan və uşaqlıq dünyasının incəlikləri vurğulanıb. İştirakçılar yazıçının həyatına dair maraqlı faktları öyrənib, onun şəxsi təcrübəsinin əsərə necə təsir etdiyini müzakirə ediblər. Bu, əsərin daha yaxşı başa düşülməsi və müəllifin dünyagörüşünün qiymətləndirilməsi üçün əhəmiyyətli olub. Həmçinin, müzakirə zamanı iştirakçılar arasında dialoqlar və fikir mübadiləsi aparılıb, müxtəlif baxış bucaqları ilə yanaşmalar sərgilənib.
