2024-cü il aprel ayının 29-da ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının nəzdində fəaliyyət göstərən Gənc Psixoloqlar Birliyinin 6-ci ildönümünə həsr olunmuş “Doğru bilinən yanlışlar” adlı tədbir təşkil olunub. “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III tədris ili tələbəsi Əliyeva Jalə “Ata-övlad münasibətində doğru bilinən yanlışlar” mövzusunda çıxış edib. Mövzuya dair “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III tədris ili tələbələri Mirzəliyeva Aytac, Hacızadə Gülər, Səmədov Nüsrət, II tədris ili tələbəsi Qasımov Röyal “Müasir ailə” adlı psixodramanı təqdim etdilər. “Təhsildə sosial-psixoloji xidmət2 ixtisasının II tədris ili tələbəsi Məhərrəmova Nəzrin “Ailələrdə qız və oğlan övladlarının tərbiyəsində doğru bilinən yanlışlar” mövzusunda çıxış edib. Mövzuya dair “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının I tədris ili tələbələri İbrahimli Günel, Şəldiyeva Səma, Lətifova Aysun, Cabbarova Aysu, II tədris ili tələbəsi Mehrablı Cəfər, III tədris ili tələbəsi Səmədov Nüsrət “Əkizlər” adlı psixodramanı səhnələşdiriblər.
“Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III tədris ili tələbəsi Hacızadə Gülərin “Təhsildə doğru bilinən yanlışlar” mövzusunsa çıxış etdi. Mövzuya dair “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının I tədris ili tələbəsi Şəldiyeva Səma, Cabbarova Aysu, II tədris ili tələbələri Mustafazadə Fatimə, Sadıqova Günel, Gülməmmədova Aytən, Mehrablı Cəfər, III tədris ili tələbələri Məsimova Aysel, Mizəliyeva Aytac “Fədakar valideynlər” adlı psixodramanı səhnələşdiriblər. Tədbrin sonunda ADPU Şəki filialının elmi işlər üzrə direktor müavini dos. Nuralı Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri dos. Sədrəddin Bədiyev, Ümumelmi fənnlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova çıxış edib.
GPB-nin 2023-2024-cü tədris ili ərzindəki fəaliyyətində, eləcə də tədbirin təşkilində fəallıq göstərən tələbələr rəhbərlik tərəfindən sertifikat və Fərxri Fərmanlarla mükafatlandırılıb. Tədbirdə birliyin fəaliyyətinə aid videoçarx nümayiş etdirilib.