Oktyabrın 24-də Mingəçevirdə "Regional Universitet - Sənaye Birliyi Sammiti - 2025" adlı tədbir keçirilib. Tədbir Arena Otel Kür məkanında Mingəçevir Dövlət Universiteti, HBN Group və Azərbaycan - Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən birgə təşkil edilib. Sammitin məqsədi universitet və sənaye müəssisələri arasında əməkdaşlıq imkanlarını genişləndirmək, tələbə və gənclərin iş dünyası ilə birbaşa əlaqə qurmasına dəstək olmaq, regionlarda kadr potensialını gücləndirmək və innovativ təşəbbüslərin inkişafına töhfə vermək imkanını formalaşdırmaq olub. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri də iştirak ediblər.
