Mürşüdova Ulduz Bəşir qızıMÜRŞÜDOVA ULDUZ BƏŞİR QIZI
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Filologiya fakultəsinin dekanı

QISA BİOQRAFİK MƏLUMAT

1958- ci il mart ayının 22-də Şəki şəhərində anadan olmuşdur. !965- 1975- ci illərdə Şəki şəhər 7 saylı məktəbdə təhsil alıb. 1985-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakultəsini bitirmişdir. 1985-1988-ci illərdə Şəkinin Qaradağlı kənd səkkizillik məktəbdə İngilis dili müəllimi işləmişdir. 1988-ci ildə AMEA Səki Regional Elm Mərkəzinə laborant işinə qəbul edilmişdir. 1993-cü ildən kişik elmi işçi, 1997- ci ildən AMEA ŞREM- in “Folklorşünaslıq və el sənətləri” laboratoriyasının müdiri işləyir. 1998-ci ildə “Rəşidbəy Əfəndizadə və Folklor”mövzusu üzrə müdafiə etmişdir və iki indekslə “10.01.03” və “10.01.09” fil.e.n. elmi dərəcəsi almışdır. 2000 -2002-ci illərdə BDU Şəki filialında fəaliyyət göstərən Müdafiə şurasının üzvü olmuşdur. 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Şəki filialı Xarici dil fakultəsində Dekan,2006-cı ildən AMİ Şəki filialı “Dillər kafedrası”nın müdiri vəzifəsinə seçilmişdir. Hal-hazırda ADPU-nun Şəki filialının Filologiya fakültəsinin dekanıdır. 2010-cu ildən dosentdir.
Ailəlidir, iki övladı var.

TƏDRİS ETDİYİ FƏNLƏR

İngilis dili tarixi, Akademik yazı və oxu, Danışıq modelləri vasitəsilə ingilis dili.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1985-ci il. Azərbaycan Dillər Universitetinin İngilis dili fakultəsindən məzun olub.
1998-ci il. “Rəşidbəy Əfəndizadə və Folklor” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

ƏMƏK FƏALİYYƏTİ

1985-ci il. Şəki Qaradağlı kənd məktəbi
1988-ci il. AMEA ŞREM. Laborant. 1993-ci il. AMEA ŞREM k.e.i
1997-ci ildən AMEA ŞREM- in “Folklorşünaslıq və el sənətləri” laboratoriyasının müdiri
2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Şəki filialı. Xarici dil fakultəsinin dekanı
2006-cı ildən AMİ Şəki filialı “Dillər kafedrası”nın müdiri.
2017-ci ildən ADPU-nun Şəki filialının Filologiya fakültəsinin dekanı

TƏDQİQAT SAHƏSİ

Azərbaycan və Şimali Amerika xalqlarının folklorunun tipologiyası.
Azərbaycan təhsil sistemində innovasiyalar.

BEYNƏLXALQ PROYEKT, SİMPOZİUM, SEMİNAR VƏ KONFRANSLARDA İŞTİRAKI

1. 2003, Bakı. ATN və ABŞ Təhsilin inkişaf mərkəzinin birgə təşkil etdiyi “Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişafı” proqramı. seminar. “Fəal və İnteraktiv Təlim-Tədris metodları”.
2. 2004, ATN və ABŞ DÖvlət Departamentinin birgə layihəsi. “Azərbaycanda sosial fənlər sahəsində orta məktəb muəllimlərinin hazırlığı üzrə tədris proqramının (kurrikulumun) inkişafı”. Vircinya ştatı, Corc Meysn universiteti. Akademik fəaliyyət.
3. 2003-2006-cı il. Bakı. Azərbaycan Təhsil Nazirliyi və ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Şöbəsinin birgə proqramı olan və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX) idarə etdiyi “2003-2006 illərdə Azərbaycanda sosial fənlər sahəsində orta məktəb muəllimlərinin hazırlığı üzrə tədris proqramının (kurrikulumun) inkişafı layihəsi”ndə akademik fəaliyyət. 8 seminar iştirakçısı.
4. 2004, ABŞ. 24 Aprel. “Təhsildə Liderlik” adlı V elmi- praktiki konfrans. ABŞ Vircinya ştatı. Feəfakc şəhəri, Corc Meysn Universiteti “Çətin valideynlərlə münasibətlərin yaradılması” mövzusunda müzakirə qrupu.
5. 2005, Bakı. “Tərcümə və Transmilli Proseslər” (14-15 aprel) Beynəlxalq konfrans. Azərbaycan Dillər Universiteti.
6. 2005, Bakı. “Akademik Yazi”. Azərbaycan Dillər Universiteti.Beynəlxalq konfrans.
7. 2006, Bakı. “Ortaq Türk keçmişindən ortaq türk gələcəyinə” IV Uluslararası Beynəlxalq Folklor konfransı. AMEA Folklor institute
8. 2006, Bakı. Xüsusi təhsil(diqqət çatışmazlığı və digər qüsurları olan şagirdlərin təhsili). Seminar. Təhsildə innovasiya mərkəzi və Xüsusi tələbələrlə iş Konsulluğunun birgə layihəsi.
9. 2007, Bakı. “Ortaq Türk keçmişindən ortaq türk gələcəyinə” V Uluslararası Beynəlxalq Folklor konfransı. AMEA Folklor institute
10. 2007-2008-ci illər, Bakı. Azərbaycan Təhsil Nazirliyi və Britaniya konsulluğunun birgə hazırladığı ESL İNSETT “Azərbaycanda İngilis dilinin tədrisinin inkişafı” 6 seminar.
11. 2008, Bakı. “Dini və mədəni müxtəliflik haqqında təlim: bütün məktəb və sinifdə bu məsələyə münasibət. Seminar. ATN, Müəllimlərin Təlimi İnstitutu və Avropa Birliyi Şurasının birgə layıhəsi.
12. 2009, Bakı. Fəal təlimin milli kurikulumda tətbiqi. Seminar. ATN və UNİCEF-in birgə layihəsi.
13. 2010, Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2010-2011-ci tədris ilində ibtidai sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ şəhərlərində ibtidai sinif müəllimləri ilə altı günlük kurslar.
14. 2011, Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2010-2011-ci tədris ilində ibtidai sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Astara, Yardımlı şəhərlərində ibtidai sinif müəllimləri ilə on günlük kursların təşkili
15. 2012, Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2012-2013-cü tədris ilində ibtidai sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Şəki , Balakən, Zaqatala şəhərlərində ibtidai sinif müəllimləri ilə on günlük kursların təşkili.
16. 2013, Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2013-2014-cü tədris ilində 6-cı sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Şəki, Zaqatala, Şamaxı şəhərlərində 6-cı sinif müəllimləri ilə on günlük kursların təşkili.
17. 2014, Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2014-2015-ci tədris ilində 7-ci sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Şəki, Ağdaş, Bakı şəhərlərində 7-ci sinif müəllimləri ilə on günlük kursların təşkili.

SEÇİLMIŞ ƏSƏRLƏRİ

1. 1991, Bakı. "Rəşid bəy Əfəndizadə və folklor" BDU.Azərbaycan Folklorçünaslarinin konfransı. BDU
2. 1994, Bakı. Rəşidbəy Əfəndizadə yaradıcılığında şifahi ədəbiyyat motivləri. 19-22 oktyabr 1993-cü ildə Şəkidə keçirilmiş folklor müşavirəsi.Azərbaycan folkloru.Toplama,nəşr və tədqiq problemləri. Sabah
3. 1997, Bakı. Rəşidbəy Əfəndizadə yaradıcılığında inamlar. Mürşüdova U.B.DEP.İSTİİ-də.
4. 1997, Bakı. Rəşidbəy Əfəndizadə Azərbaycan folklorunun toplayıcısı və tədqiqatçısıdır. Mürşüdova U.B.DEP.İSTİİ-də.
5. 2005,Bakı “Azərbaycan folklorunda tərcümə problemləri." Transmilli tərcümə"Azərbaycan Dillər Universitetində keçirilən Beynəlxalq konfrans.
6. 2006, Bakı. “Azərbaycan və Şimali Amerika folklorunda oxşar motivlər”. AMEA Folklor institutu . Ortaq Türk keçmişindən Ortaq Türk gələcəyinə IV uluslararası folklor konfransının materialları
7. 2007, Bakı. “Türk-Azərbaycan və Şimali Amerika- Hindu folkloru”. AMEA Folklor institutu . Ortaq Türk keçmişindən Ortaq Türk gələcəyinə V uluslararası folklor konfransının materialları.
8. 2007, Bakı. “Qloballaşma dövründə mənəvi- əxlaqı dəyərlərimizin qorunmasında gənclərin rolu”. “Azərbaycan Cəmiyyətinin müasir mərhələsi, gənclərin əxlaq tərbiyəsi” mövzusunda Respublika Elmi Konfransının materiallları.
2008, Bakı. “Hindu tayfalarının toy adətləri” . “Gələrsən görərsən “ məcmuəsi. №3
9. 2010, Bakı, "Mif əfsanələr"
10. 2011, Bakı. Folklor və insan tərbiyəsi. Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər” mövzusunda Respublika Elmi konfransının materiallar. Səh. 606-610
11. Bakı-2011, Müzakirə dərslərinin təşkili. Müəllim hazırlığının müasir problemləri” AMİ Beynəlxalq elmi konfrans
12. Bakı-2012\2. İnsan tərbiyəsində folklorun rolu. Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər. perspektivlər” BDU elmi konfrans. Tezis. səh.205-208
13. Bakı-2012\4, Azərbaycan folklorunda ənənəvi davranı. Filologiya məsələləri №4. Səh.493-498
14. Bakı-2012\1. Azərbaycan folkloru Azərbaycan xalqının ənənvi davranışıdır. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. BSU. nömrə 1 Səh.100-103
15. Bakı-2012, The İmages of Azerbaijan folktales. Материалы Международной научнтеоретической конференсии «Современные тренды филологии: истоки и перспективы» Səh.133-136
16. Bakı-2012, El qaynaqlarından bəhrələnən kitab haqqında. Hikmət Ədbülhəlimov. Daşdan su çıxan kimi...(kitabda məqalə) Səh.329-330
17. Mühazirə dərsləri və onların təşkilinə yeni yanaşma. Azərb.Respublikası Təhsil Problemləri İnstitutu “Təhsil sistemində gənc nəslin təlim- tərbiyəsi üzrə işin təşkili və onun yaxşılaşdırılması istiqamətləri” Respublika elmi konfransı. Bakı-2012. Səh.120-122
18. Bakı-2012, Folklor və davranış mədəniyyəti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. BSU. nömrə 2.
19. Bakı-7-8 iyun. 2012 Interactive lecture. “Xarici dillərin tədrisinin aktual problemləri” V Respublika Elmi-praktiki konfransının materialları ADU. Səh.331-332
20. Bakı-2012. Yazı işlərinin tədrisi. 26-28 noyabr 2012-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutunda keçirilən “Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar” İİ Beynəlxalq Elmi Konfrans.
21. Bakı-2012\4 Xalq deyimlərinin tədqiqi. “Elm və həyat” jurnalı. Səh.33-36
22. Bakı-2013\2. Şimali Amerika folklorunun təsnifatı. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. BSU. nömrə 2. Səh.84-88
23. Bakı-2013. İnsan amilinə Heydər Əliyev yanaşmaları.
24. Bakı-2013\2. Şimali Amerika hindu folklorunun mənbələri. ADU elmi xəbərləri (dil və ədəbiyyat seriyası).
Səh.205-211
25. Bakı-2012. Folklorşünaslıq tədqiqatları: çoxşaxəli axtarışlar, dəyərli ümumiləşmələr. “Tarixə çevrilən 40 il” (kitab) 2012. Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin Elmi Şurasının 29 iyun 2012-ci il 2 saylı iclasının qərarı ilə nəşr olunur. Səh.226-230
26. Bakı-2013\3,4. Azərbaycan inamlari. En Azerbaidjan Le Francais. Səh103-107
27. Bakı-2013\4. Azərbaycan və Şimali Amerika folklorunda totemlər. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. BSU. Səh.144-148
28. Bakı-2013/4. Naqualizm və tunalizm. ADU Elmi xəbərləri (dil və ədəbiyyat seriyası). Səh. 210-216
29. Bakı-2014/2. Atalar sözləri-paremiologiya. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. BSU.
Səh.203-209
30. Bakı-2014/2. Atalar sözləri ümumxalq təfəkkürünün məhsuludur. ADU Elmi xəbərləri (dil və ədəbiyyat seriyası). Səh.22-31
31. 2014-cü il. Oxu dərslərinin təşkili. Azərbaycan Dillər universiteti Xarici dillərin tədrisinin aktual problemləri. Respublika elmi-praktiki konfransının materialları. (7-8 may 2014-cü il)
32. Bakı-2014. Tapşiriq Əsasli Öyrənmə. AMİ-də 21 may 2014-cü il tarixində keçiriləcək “Müəllim hazırlığının müasir problemləri: informasiya, texnologiyalar, təhsilin inkişafı” mövzusunda III Beynəlxalq Elmi konfrans.
33. Bakı, 25-26. Problems and Difficulties Encountered in Translating Legal Texts Between English and Azerbaijani. XXİ əsr mədəni paradiqması multimədəni aspektdə.Respublika elmi-praktiki konfransının materialları. Səh. 76-78
34. Bakı-2014/4 Azərbaycan folklorunda yumor. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. BSU.
Səh.205-213
35. Bakı-2014/4. Azərbaycan folklorunda yumor və zarafatlar. ADU Elmi xəbərləri (dil və ədəbiyyat seriyası)
Səh.32-41.
36. Bakı-2014. Tələbələrinin təlim tərbiyəsində bəşəri və milli dəyərlərin rolu. AMİ-“ Elmi konfrans. Səh.42-44
37. 2014/6. Историческее рассказы. “Современное Гуманитарные Исследование” г. Москва, ООО Издательство Спутник. Mосква,2014/6
38. Bakı-2015. Azərbaycan folklorunda yumor və lətifələri. AMEA “Xəbərlər”.
39. 2015/3. Юмор и шутки в Азербайджанском фольклоре. “Современное Гуманитарные Москва, 2015/3. Исследование” г. Москва, ООО Издательство Спутник.
40. Bakı-2015. Azərbaycan nağillarinda insan məskənləri və siğinacaqlar. BDU. Konfrans.
41. Bakı-2016. “Dədə Qorqud Kitabı”da türk döyüş mədəniyyəti. II Azərbaycan Elm Festivalı
42. Bakı-2016. Hüseyn Cavidin “İblis” əsərində sevgi və nifrət motivləri
43. Bakı-2016. Sociolinguistic nature of language. ADU. “Xarici dillərin tədrisinin aktual problemləri“ adlı Respublika elmi-praktiki konfrans. s. 192-194
44. Zaqatala-2016, Azərbaycanın Balakən-Şəki folklorunda etnik kolorit. Azərbaycan Folklor institutu. Beynəlxalq konfrans.
45. 2016- Bakı. Azerbaijan Model of Multicultural Society. Multikulturalizm və vətəndaş cəmiyyəti mövzusunda Beynəlxalq elm-praktiki konfransı.
46. Bakı 2016. Azərbaycanın Şəki-Zaqatala bölgəsində yayilan laylaların tipologiyasi. AMEA Dilçilik İnstitutu Bakı Beynəlxalq Multikulturalizm mərkəzi AP Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi AP Prezidenti yanında Bilik Fondu “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” adlı beynəlxalq konfransı.
47. 2017; 3(4): 63-67. Comparative Study of Azerbaijan and North-American Native Tribes’ Folk Beliefs . International Journal of Architecture, Arts and Applications

KİTABLAR

1. 2004, Bakı.“Rəşidbəy Əfəndizadə və Folklor” monoqrafiya
2. 2006, Bakı. “Müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri”.(Müəllimlər üçün vəsait)
3. 2008, Bakı. “İngilis dili dərslərində Dinləmə fəaliyyətlərinin təşkili” (müəllimlər üçün vəsait)
4. 2008, Bakı. “İngilis dili dərslərinin tədrisində yeni təlim metodlarından istifadə qaydaları” metodiki vəsait
5. 2008, Bakı, AMEA ŞREN 35 illiyi.
6. 2009, Bakı. “Şəkidə məhəllə adları, soylar və ləqəblər” II cild
7. 2012. English Teaching Methods. Metodiki vəsait. Bakı-206 səh
8. 2018. English teaching metod. Metodik vəsait. Bakı-200 səh

FİLOLOGİYA FAKÜLTƏSİ

Filologiya fakültəsi 2017-ci ildə yaradılmışdır. Fakültədə 3 ixtisas: “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Xarici dil müəllimliyi - ingilis dili”, “Xarici dil müəllimliyi - fransız dili” ixtisasları üzrə 325 nəfər tələbə təhsil alır. Filologiya fakültəsində 7 nəfər əməkdaş çalışır. Bu fakültə filialın tədris, elm və inzibati bölməsi olub, müvafiq ixtisaslar üzrə bakalavr hazırlanmasına, eləcə də elmi-tədqiqat və tərbiyə işlərinə rəhbərlik edir, peşəyönümü işinin aparılmasını təşkil edir və onun lazımı səviyyədə həyata keçirilməsinə məsuliyyət daşıyır. Filologiya fakültəsinin tərkibində Dillər kafedrası fəaliyyət göstərir.

Dekan müavini: Kərimova Gülnar Faiq qızı

Tyutorlar:
Məmmədova Həlimə Elmar qızı
İsmayıllı Əfsanə Rüstəm qızı
Mustafayeva Gülnarə Natiq qızı

Operatorlar:
Qaffarova Nigar Nüsrət qızı
Abdurəhmanlı Arzu Məmməd qızı