- Details
- Dərc edilib: 29 Aprel 2025
- Oxunma sayı: 31
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dos.Nuralı Çələbiyev 25-26 aprel 2025-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilati dəstəyi ilə Naxçıvan Dövlət Universitetində keçirilmiş Azərbaycan Psixoloqlarının I Forumunda iştirak edib. O, forumun açılışında “Müasir təlim nəzəriyyələrində öyrənmə fəaliyyətinin funksional-taksonomik paradiqmaları” adlı təqdimatla çıxış edib, Naxçıvan televiziyası üçün müsahibə verib və televiziyanın təşkil etdiyi debatda iştirak edib.
Həmçinin aprelin 26-da dos.N.Z.Çələbiyevin Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri psixoloqları üçün keçirilmiş təlim və vörkşopda “Müasir təhsildə psixoloji xidmətin nəzəriyyə və təcrübəsi: aktual prioritetlər” adlı təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Forumun təşkilinə verdiyi dəstəyə görə əməkdaşımız Naxçıvan Dövlət Universitetinin rektoru Elburus İsayev tərəfindən Təşəkkürnamə ilə təltif olunub.