- Details
- Dərc edilib: 30 Aprel 2025
- Oxunma sayı: 31
Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında "Şəxsi brendinq: Müasir müəllimin onlayn imici" mövzusunda seminar keçirilib. Filialın Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarda müxtəlif ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər. Məqsəd gələcək peşə fəaliyyətinə hazırlanmaları ilə bağlı tələbələrə istiqamət vermək, onlarla metodiki iş aparmaq olub. Tədbirdə əvvəlcə Karyera mərkəzinin müdiri Xuraman Həmidova giriş sözü ilə çıxış edərək, seminarın məqsədi haqqında məlumat verib. Sonra Aytac Məmmədiyəzadə “Pesəkar müəllim necə olmalıdir? Müəllimin onlayn imici” mövzusunda təqdimat edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Aytac Məmmədiyəzadə ADPU-nun Şəki filialının 2023-cü il məzunudur. O, filialda “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alıb, 2024-cü ildə “Technest” təqaüd proqramı ilə 100% təqaüdlə "Rəqəmsal marketinq" üzrə sertifikasiya proqramını uğurla başa vurub.