Bədiyev Sədrəddin Rəhim oğluBədiyev Sədrəddin Rəhim oğlu kafedra müdiri

KAFEDRANIN TARİXİ

Ümumelmi fənlər kafedrası Şəki filialı Azərbaycan Müəllimlər İnstitutunun tərkibində olarkən yaradılmışdır. Kafedra 2 sentyabr 2002-ci ildə filial direktorunun 65/35 №-li əmri ilə yaradılmışdır. 2002-2006-cı illərdə kafedraya dos.əvəzi, pedaqoji elmlər namizədi Nürəli Çələbiyev rəhbərlik etmişdir. 6 yanvar 2007-ci ildən 1 dekabr 2008-ci ilədək kafedraya pedaqoji elmlər namizədi Əli Süleymanov rəhbərlik etmişdir. 1 dekabr 2008-ci ildən cari ilədək kafedraya dosent, pedaqogika üzrə fəlsəfə doktoru Sədrəddin Bədiyev rəhbərlik edir

 

ƏMƏKDAŞLARI

• 18 nəfər professor-müəllim heyəti;
• 2 nəfər dosent
• 1 nəfər baş müəllim, fəlsəfə doktoru
• 6 nəfər baş müəllim
• 9 nəfər müəllim
• 4 nəfər laborant

1.Bədiyev Sədrəddin Rəhim oğlu-kafedra müdiri
2. Çələbiyev Nuralı Zərbalı oğlu
3. Kərimova Mətanət Vahid qızı
4. Namazov Tofiq Bəxtiyar oğlu
5. İsmayılov Vaqif Nüsrət oğlu
6. Musayeva Aygün Cavanşir qızı
7. Eyvazova Könül Ramis qızı
8. Nuriyeva Leyla Niymət qızı
9. Kərimova Gülnar Faiq qızı
10. Salamova Aygül Elxan qızı
11. Ramazanova Kəmalə Şaban qızı
12. Məmmədova Gülnarə Fərrux qızı
13. Əhmədova Mahizər Natiq qızı
14.Kərimov Yusif Abdulrəhman oğlu
15.Cəfərova Laləzar Elşad qızı
16.Heydərova Zümrüd Kazım qızı
17.Rzayeva Gülnar Rüstəm qızı
18.İbrahimova Sevil Fərrux qızı

TƏDRİS-KÖMƏKÇİ HEYƏT

1. Əkbərova Afaq (laborant)
2. Əhmədova Cənanə (laborant)

ELMİ FƏALİYYƏT

Ümumelmi fənlər kafedrası aşağıdakı elmi istiqamətlərdə fəaliyyət göstərir:
1. Səriştəyə əsaslanan, şəxsiyyətyönümlü, ali təhsil məzmununu hazırlamaq, əldə etmək və məşğələlərdə tətbiq etmək
2. “Kreativlikdən divergent təfəkkürə doğru” mövzusu ətrafında elmi araşdırmalar aparmaq;
3. Uşaq və yeniyetmələrin inkişafının aktual məsələlərini araşdırmaq

Kafedra əməkdaşları yuxarıda qeyd edilən istiqamətlərdə müəyyən elmi-tədqiqat işləri aparmış və praktik əhəmiyyət kəsb edən nəticələr əldə etmişlər.
Kafedranın dosenti Nuralı Zərbalı oğlu Çələbiyev “Məktəblilərdə qabiliyyətlərin inkişafı və tərbiyəsi”, “Təlimdə yeni texnologiyalar: dialoq dərslər” kimi metodik vəsaitlər; “Uşaq psixologiyası”, “Psixodiaqnostika məsələləri”, “Təhsil sistemində psixoloji xidmət: nəzəriyyə və təcrübə”, “Ailə psixologiyası” kimi dərs vəsaitləri; “Dünyanın məşhur və tanınmış psixoloqları” adlı monoqrafiya yazmışdır. Dosent N.Çələbiyev “Ailə psixologiyası” fənninə aid proqram da hazırlamışdır. N.Çələbiyevin çoxsaylı elmi məqalələri nüfuzlu jurnallarda dərc olunmuşdur.

Kafedranın müdiri dos. Sədrəddin Rəhim oğlu Bədiyevin elmi yaradıcılığı aşağıdakı kimi olmuşdur:
Metodik tövsiyələri: “Fizikadan test məsələlərinin həlli metodikası və testlər”, “Fizikadan test məsələlərinin şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsində rolu və təsnifi”, “Fizikanın tədrisində fəal təlim metodlarından istifadə etməklə şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi”, “Yeni təlim texnologiyalarından mühazirə mətnləri”, “Öyrənək öyrədək”.
Dərs vəsaiti: “Didaktika”-həm müəlliflərlə birlikdə”
Fənn proqramı: “Didaktika”-bakalavr səviyyəli ali pedaqoji institutlar üçün.
S.Bədiyev çoxsaylı elmi məqalələrin müəllifi və beynəlxalq konfransların iştirakçısı olmuşdur.
Kafedra əməkdaşlarından K.Ramazanovanın,A.Musayevanın,T.Namazovun elmi-tədqiqat xarakterli məşğələləri nüfuzlu jurnallarda dərc edilmişdir.
Kafedranın texnologiya fənnini tədris edən müəllimi Sevil İbrahimova Əməkdar müəllimdir
Ümumelmi fənlər kafedrası elmi, tədris fəaliyyətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya və Pedaqogika kafedraları ilə əməkdaşlıq edir.

 

TƏDRİS İŞİ

Tədris olunan fənlər (bakalavr pilləsi üzrə)
1. Psixologiya
2. Pedaqogika
3. Ümumi təhsil kurikulumunun əsasları
4. Azərbaycan dilinin tədrisi metodikası
5. Ədəbiyyatın tədrisi metodikası
6. S/f Müəllim ixtisasına giriş
7. İbtidai təhsilin pedaqogikası
8. S/f. Pedaqoji ustalıq
9. Ana dilinin tədrisi metodikası
10. Musiqi və onun tədrisi metodikası
11. S/f. Yaş və pedaqoji psixologiya
12. Uşaq psixologiyası
13. Pedaqoji psixologiya
14. Məktəbəqədər pedaqogika-2
15. Nitq inkişafı metodikası
16. Defektologiya və loqopediyanın əsasları
17. Məktəb təliminə hazırlığın əsasları
18. Sosial pedaqogika
19. S/f. Azərbaycan xalq pedaqogikası
20. Məktəb yaşlı uşaqların ailə tərbiyəsi
21. S/f Müasir dövrdə m/q yaşlı uşaqların savad təliminə hazırlanması məzmunu və təşkili metodikası
22. Uşaq bağçasında fiziki tərbiyə
23. S/f. Sosial psixologiya
24. Təsviri incəsənət və onun tədrisi metodikası
25. S/f. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi
26. S/f. Ünsiyyət psixologiyası
27. Azərbaycanda m/q təhsilin və m/q pedaqogikanın inkişaf tarixi
28. Psixologiyanın əsasları
29. Eksperimental psixologiya
30. S/f. Psixoterapiya və psixokorreksiya
31. TSPX və pedaqoji praktikum
32. Təhsilin idarə olunması
33. S/f. Fəaliyyət və ünsiyyət psixologiyası
34. Psixologiyanın tədrisi metodikası
35. Psixodiaqnostika və psixokonsultasiya
36. S/f. Tərbiyə işinin metodikası
37. S/f. Psixologiya tarixi
38. Klinik psixoogiya
39. Psixofiziologiya
40. Psixoprofilaktika və psixokorreksiya
41. Etnopsixologiya
42. Psixopedaqogika
43. İnklüziv təhsil
44. S/f. Ailə psixologiyası
45. S/f. Fəaliyyət psixologiyası
46. S/f. Koqnitiv psixologiya
47. S/f. Müqayisəli pedaqogika

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş aparıcı fənlərə aid dərslik, dərs vəsaitləri, metodik vəsaitlər əldə edilmişdir. Bu fənlərin tədrisi Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqramlara istinadən həyata keçirilir. Kafedrada əsas fənlərlə yanaşı seçmə fənlər də tədris edilir. Tədris vəsaitləri kimi kafedra əməkdaşları tərəfindən hazırlanan ədəbiyyatlardan da istifadə olunur. Dos.N.Çələbiyevin yazdığı “Uşaq psixologiyası”, “Ailə psixologiyası”; dos. S.Bədiyevin həm müəlliflərlə birlikdə yazdığı “Didaktika” belə vəsaitlərə nümunə göstərilə bilər. Kafedra əməkdaşları əldə edilməsi mümkün olmayan bir sıra proqramları özləri tərtib etmişlər.
Belə proqramlardan aşağıdakıları göstərmək olar:
“Ədəbiyyat fənnin tədrisində yeni təlim texnologiyalarından istifadə” (Tərtib edən fil.ü.f.d.K.Adışirinov), “Ana dilinin tədrisi metodikasının aktual problemləri” (tərtib edən b/m M.Mustafayeva), “Müasir dövrdə məktəbəqədər yaşlı uşaqların savad təliminə hazırlanmasının məzmunu və təşkili metodikası” (tərtib edən b/m U.Paşayeva), “Psixoterapiya və psixokorreksiya” (tərtib edən müəllim K.Ramazanova), “Koqnitiv psixologiya” (tərtib edən b/m V.İsmayılov);"Psixologiyanın tədrisi metodikası","Təhsil fəlsəfəsi","Etnopedaqogika" (b/m V.İsmayılov); "Sosial işə giriş" (G.Kərimova) 

Ümumelmi fənlər kafedrası 4 ixtisas üzrə pedaqoji kadrların hazırlanması ilə məşğuldur:

1. İbtidai sinif müəllimliyi
2. Təhsildə sosial psixoloji xidmət
3. Məktəbəqədər təlim və tərbiyə
4. Sosial iş

Qeyd edilən ixtisaslara uyğun dərs vəsaitləri ,dərslik və proqramlar əldə edilmişdir.

Respublikamızda məqsədə uyğun şəkildə həyata keçirilən sosial iqtisadi siyasət nəticəsində yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifah halı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmişdir.Azərbaycan Respublikası inkişaf etmiş ölkələrə yaxınlaşmaqdadır. Göstərilənlərin əldə edilməsi bilavasitə təhsillə bağlıdır. Ümummilli lider H.Əliyevin dediyi kimi təhsil hər bir ölkənin gələcəyidir.
Son illərdə respublikamızda qəbul edilmiş təhsillə bağlı dövlət sənədlərində aparılacaq islahatlarla yanaşı bu islahatların konkret məqsədi də göstərilir. 15 iyun 1999-cu ildə ümummilli lider H.Əliyevin 168 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı”nda islahatın məqsədi konkret şəkildə göstərilir: “Təhsil sahəsində islahat proqramının əsas məqsədi Məktəbəqədər, orta, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanunda təsbit olunmuş tələbləri, sosial, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir. Təhsil islahatını zəruri edən sənədlərdən biri kimi aşağıdakıları qeyd etmək lazımdır: İctimai siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universiallaşdığı, informasiya kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətveriici qüvvəsi olan insanın formalaşmasına və problemlərin həllinə yönəltməkdir.
Ümumelmi fənlər kafedrası fəaliyyətində Azərbaycan Respublikası prezidentinin 2009-cu il 22 may tarixli 295№ sərəncamla təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət proqramı”nın qarşıya qoyduğu vəzifələrə uyğun fəaliyyət göstərir.
Kafedra 24 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin 13 saylı sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət strategiyası” nın hədəflərini və istiqamətlərini fəaliyyətində əsas götürmüşdür. Bu istiqamətlərə uyğun olaraq kafedra şəxsiyyətyönümlü təhsil məzmunun əldə edilməsinə, ali təhsil müəssisəsində fəaliyyət göstərən insan resurslarının müasirləşdirilməsinə, onların innovativ metodlardan səmərəli mənimsəməni təmin edən metodlardan istifadə etmələrinə diqqəti artırır.