ADPU-nun Şəki filialının həyətyanı ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirilib. Aksiyada şəhər rəhbərliyinin nümayəndələri, millət vəkili Əli Məsimli, ictimai birliklərin nümayəndələri, filialın rəhbərliyi və əməkdaşları iştirak ediblər. Aksiya zamanı filialın həyətyanı sahəsinə iki yüzədək meyvə ağacı əkilib, ağaclara aqrotexniki qulluq göstərilib. Aksiya çərçivəsində 3 minədək meyvə ağacının əkilməsi nəzərdə tutulub.