- Details
- Dərc edilib: 03 Dekabr 2025
- Oxunma sayı: 8
Dekabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Səki filialında “Özünütəqdimetmə və karyera bacarıqları layihəsi” mövzusuna həsr olunmuş təlimə start verilib. Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi tələbələrin özünütəqdimetmə və kommunikasiya bacarıqlarını inkişaf etdirmək, onları işgüzar müsahibələrə və sosial mühitə hazırlamaq, eyni zamanda tələbələrin natiqlik, diksiya və peşəkar imic bacarıqlarını gücləndirməkdir. Layihənin sonunda tələbələrdə özünə inamın, professional təqdimat bacarıqlarının işgüzar münasibətlərin, natiqlik və kommunikasiya, komanda işində iştirak bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, təlim filialın “Sosial iş” ixtisasının ll tədris ili tələbəsi Arzu Şahvələdova tərəfindən keçirilir. A.Şahvələdova özünün gələcəkdə karyera planlaması istiqamətində bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə müxtəlif təlimlərdə, treninqlərdə iştirak edib və sertifikatlar qazanıb. Təlimin həftədə 2 dəfə olmaqla 1 ay davam etməsi nəzərdə tutulur.
