- Details
- Dərc edilib: 25 May 2024
- Oxunma sayı: 2966
Mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının həyata keçirdiyi “Tələbə İnkişaf Platformasi” layihəsi çərçivəsində seminar təşkil olunub. Məqsəd filialda təhsil alan tələbələrin əmək bazarı və karyera planlaması barədə məlumatlandırılması olub.
Tədbirdə ADPU-nun Şəki filialının Karyera mərkəzinin müdiri Xuraman Həmidova, müəllim və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xuraman Həmidova seminarın təşkilinin əsas məqsədi haqqında məlumat verib. Sonra Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdir müavini Lalə Rəsulovanın təqdimatı olub. O, gənclərin gələcəkdə uğurlu fəaliyyət göstərmək, karyera qurmaq üçün diqqət yetirməli olduqları məqamlar barədə ətraflı məlumat veribb. Təqdimat zamanı mövzu ilə bağlı maraqlı slaydlar nümayiş olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.