Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 20 nəfər
Professor - 1 nəfər
Dosent - 9 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Sentyabr 2010 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
TƏRCÜMƏ ET:
English Russian

HUMANİTAR FƏNLƏR KAFEDRASI

PDF faylını alÇapE-poçt

KAFEDRANIN TARİXİ:
ADPU-nun Şəki filialının “Humanitar fənlərkafedrası  1992-ci ildə BDU-nun Şəki filialının eyniadlı kafedrasının bazasında yaradılmışdır. Kafedra müdiri vəzifəsini 13 mart 2017-ci il tarixədək f.e.d., prof. F.Q.İsmayılov həyata keçirmişdir.2017-ci ilin iyul  ayının 17-dən etibarən kafedraya  tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Bünyamin oğlu Baxışov rəhbərlik edir. Kafedranın fəaliyyəti Azərbaycan Respublikasında hazırda qüvvədə olan qanunvericiliyə həmçinin, filialın direktoru dos. Rafiq Rasulov tərəfindən 28 aprel 2017-ci il tarixdə təsdiq  edilmiş Humanitar fənlər  kafedrasının “Əsasnamə”si təşkil edilmişdir.2017-2018-ci tədris ilində kafedrada 17 nəfər müəllim, bir nəfər laborant fəaliyyət göstərir. Kafedra əməkdaşlarından 6 nəfəri müvafiq ixtisaslar üzrə fəlsəfə doktoru elmi dərəcəsinə (əməkdaşlardan 4 nəfəri tarix üzrə fəlsəfə doktoru, 1 nəfəri iqtisadiyyat üzrə fəlsəfə doktoru, 1 nəfəri filologiya üzrə fəlsəfə doktoru, dosent), 4 nəfəri müvafiq ixtisaslar üzrə magistr, digərləri isə (3 nəfər) müəllimdir (beşillik ali təhsilə malikdirlər). Əməkdaşlardan 4 nəfəri bu tədris müəssisənin (Bakı Dövlət Universitetinin Şəki filialını müxtəlif illərdə bitirmiş) məzunlarıdır.


ADPU-NUN ŞƏKİ FİLİALININ  HUMANİTAR FƏNLƏR KAFEDRASININ ƏMƏKDAŞLARI:

STATİK GÖSTƏRİCİLƏR: (2017-2018-ci tədris ilinə aid)
Humanitar fənlər kafedrasında 17 nəfər professor-müəllim heyəti çalışır.
•1 nəfər dossent
•5 nəfər fəlsəfə doktoru
•8 nəfər baş müəllim
•3 nəfər müəllim 
•1 nəfər laborant

KAFEDRANIN ƏMƏKDAŞLARI:
1.Baxışov Vüsal Bünyamin oğlu, kafedra müdiri.
2.Namazova Flora Kamran qızı
3.Quliyev Seyidməmməd Əliqulu oğlu
4.Cavadova Zərinə Ələkbər qızı
5.Qırtımov Qüdrət Niyaz oğlu
6.Arıxov Camal Cuma oğlu
7.Məhərrəmov Tahir Məhərrəm oğlu
8.Manaflı Həbibulla şirin oğlu
9.Eminova Mirvari Abduləli qızı
10.Aslanov Vaqif Cumay oğlu
11.Süleymanova İlahə İzzət qızı 
12.Zakirova Pakizə İsrayıl qızı
13.Əhmədova Rasimə Şamil qızı
14.Abdulsəlimli İbrahim Məmmədrəhim oğlu
15.İbrahimova Nübar Natiq  qızı
16.Cabbarova Elnarə Oktay qızı
17.Kərimova Könül Telman qızı
TƏDRIS-KÖMƏKÇI HEYƏT:
1.Nəsirova Nuranə (laborant)

KAFEDRANIN ELMİ FƏALİYYƏTİ:
Yarandığı dövrdən (1992-2017) bugünədək filial əməkdaşları tərəfindən 51 ədəd kitab və monoqrafiya, respublikamızda və xaricdə dərc olunan sahəvi elmi nəşrlərdə 279 elmi məqalə dərc edilmişdir. Əməkdaşlarımız tərəfindən dövr ərzində kafedrada tədris edilən müvafiq fənlər üzrə 11 fənn proqramı, 9 metodiki vəsait hazırlanmışdır. Dövr ərzində kafedra əməkdaşları respublikamızda və xaricdə keçirilmiş 45 yerli və beynəlxalq konfranslarda iştirak etmişlər.
Hazırda kafedra əməkdaşları tərəfindən 2 monoqrafiya(tar.ü.f.d., b.m. Vüsal Baxışov- Çuxur Səəd bəylərbəyliyi adlı monoqrafiya, b.m. Həbibulla Manaflı – M.Ə.Rəsulzadənin ədəbi irsinə və mətbuu orqanlardakı fəıaliyyətinə dair monoqrafiya),  1 dərs vəsaiti (b.m. Vaqif Aslan –Türk xalqları ədəbiyyatı), 2 fənn proqramının (tar.ü.f.d., b.m. Vüsal Baxışov – “Tarixə köməkçi fənlər”, “Türk və “Qafqaz xalqlarının tarixşünaslığı”) hazırlanması üzərində işlər yekunlaşmaqdadır.
Kafedranın müdiri tarix üzrə fəlsəfə doktor, baş müəllim Baxışov Vüsal Bünyamin oğlunun elmi tədqiqatının əsas istiqaməti Vətən tarixidir. O, Çuxur-Səəd bəylərbəyliyinin sosial-iqtisadi həyatının araşdırılmasına dair 22 elmi məqalənin, “Səfəvilər dövründə Çuxur-Səəd bəylərbəyliyinin sosial-iqtisadi həyatı” mövzusunda dissertasiyanın  müəllifidir. Bundan əlavə Azərbaycan cəmiyyətinin müasir sosial-iqtisadi inkişafının və əhalinin maarifləndirilməsinə dair 3 kitabın həmmüəllifidir. Hazırda “Ermənistan SSR-də anti-azərbaycan siyasəti (1920-1945-ci illər)” adlı doktorluq dissertasiyası üzərində tədqiqatlarını davam etdirir.
 
Kitablar:
1.Sosial proseslərin hüquqi tənzimlənməsi.(Azərbaycanın şimal - qərb rayonlarının təhlili materialları əsasında) Bakı, Şirvannəşr, 2011. (kitab, həmmüəllif)
2. Korrupsiyaya qarşı mübarizənin hüquqi tənzinlənməsi: beynəlxalq təcrübə və Azərbaycan . Bakı,  Şirvannəşr, 2012. (kitab, həmmüəllif)
3. Azərbaycan Respublikasının  Şəhərsalma və Tikinti Məcəlləsi Biz nələri bilməliyik!. Bakı, Yeni Poliqrafist, 2013. (kitab, həmmüəllif)
4.“Qanımdan rəng alan gül. “Ağrıdağ” nəşriyyatı, Bakı- 2002. 260 səh.
5. Kiş kəndi və onun məbədi(Azərbaycan və İngilis dillərində).“Çaşıoğlu” nəşriyyatı, Bakı, 2003.2 ç.v.
6.Mifik alma. MEA Folklor İnstitutu “Dədə Qorqud” jurnalı, Bakı-2003, Səh 82-87
7.“Odla qol-boyun” (Kino ssenari). “Debut studiyası” Bakı-2003.
8.Teatr və zaman. “Ulduz”jurnalı. N.9. 2005.
9.“Şəki: tarixi naxışları” (Kino ssenari). “Yaddaş kinostudiyası”, Bakı-2007.
10.Bizim dünya adlı bir evimiz var. (şeirlər). “Nidayi-Şəms” nəşriyyatı.Təbriz.2013,  
11.Bizim dünya adlı bir evimiz var. (şeirlər və poema). “Renessans-A” nəşriyyatı. Bakı, 2014,  
12.Hüseyn xan Müştaq. Xronika. Bakı, 2015
13.Görkəmli adamların həyatı. Məcid Rəsulov. “Renessans-A” nəşriyyatı, Bakı, 2016.
14.Şəki  üsyanı. 112 səh. (monoqrafiya) 
15.Öyünc və güvənc qaynağı. “Nurlan” nəşriyyatı, Bakı, 2007, 224 səh, (monoqrafiya)
16.Gen yaddaşımızın poeziya dili, “OKA  ofşet” mətbəəsi, Bakı, 2008, 128 səh. (monoqrafiya)
17.“Unutdurulmuş azman – Əliabbas Qədimov”, “Apastroff nəşriyyatı Bakı, 2012., 203 səh. ( həmmüəllif)

18.“Tariximiz poetik etüdlərdə: təhrifdən gerçəyə doğru. “Mütərcim” nəşriyyatı., Bakı, 2015 (monoqrafiya)

Elm və təcrübənin uğurlu vəhdətinə nail olmaqdan ötrü kafedra tərəfindən müxtəlif praktiki çöl tədqiqatlarının- arxeoloji, epiqrafik, etnoqrafik, folklor və s. kimi həyata keçirilməsi qərara alınmışdır və bu istiqamətdə əməli fəaliyyətin həyata keçirilməsinə başlanmışdır. Belə ki, artıq Böyük Qafqazın cənub ətəklərinin (Şəki rayonunun inzibatı hüdudları daxilində)  toponomik ekspedisiyası balamış, Şəki rayonunun Kiş və Oxud kəndlərində demək olar ki, çöl ekspedisiyaları başa çatdırılmış, həmin ekspedisiyaların ilkin hesabatı hazırlanmış, Şin kəndində isə ekspedisiya işləri dava etdirilir. Qış aylarında çöl tədqiqatının aparılmasının mümkün olmadığını nəzərə alaraq ekspedisiya nəticəsində əldə edilmiş materiallar üzrə tədqiqi və təhlilinin aparılması nəzərdə tutulmuşdur. Yaxın günlərdə Universitet tələbələrinin bir qrupunun epikrafik ekspedisiyada da iştirakı təmin ediləcəkdir.
Kafedrada görülmüş işlərin təbliği istiqamətində maarifləndirici funksiyaların yerinə yetirilməsinə kömək məqsədilə kafedranın fəaliyyətinin işıqlandırıldığı ildə 4 dəfə buraxılması nəzərdə tutulan “Humanitar fənlər kafedrasının bülleteni”adlı çap materialının nəşr olunur. 

Proqramlar:
“S.f. Ədəbi tənqid tarixi” proqramı. (baloniya təhsil sistemi üzrə bakalavr hazırlığı üçün) “050101-Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə. (Tədris proqramı). “Müəllim” nəşriyyatı, Bakı, 2014. 20 səh.
 

Əməkdaşlıq:
Humanitar fənlər kafedrası elmi, tədris fəaliyyətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dillər  kafedrası, Ümumelmi fənlər kafedrası ilə əməkdaşlıq edir.

TƏDRİS İŞİ:
1.Azərbaycan tarixi
2.Seçmə fənn: Fəlsəfə
3.Arxeologiya
4.Qədim dünya tarixi
5.Seçmə fənn: Azərbaycan Respublikası Konstitusiyası və Hüququn əsasları
6.Orta əsrlər tarixi
7.Tarixə köməkçi fənlər
8.Müasir tarixi 
9.Tarix və coğrafiyanın tədrisi metodikası – 1 (TTM)
10.Seçmə fənn: Müasir beynəlxalq münasibətlər
11.Seçmə fənn: Türk və Qafqaz xalqlarının  tarixşünaslığı
12.Türk xalqları tarixi 
13.Multukulturalizmə giriş
14.Seçmə fənn: İqtisadiyyat
15.Azərbaycan şifahi xalq ədəbiyyatı
16.Ədəbiyyatşünaslığa giriş 
17.Azərbaycan ədəbiyyatı tarixi
18.Dünya ədəbiyyatı  
19.Seçmə fənn: Türk xalqları ədəbiyyatı
20.Seçmə fənn: Müasir Azərbaycan ədəbiyyatı
21.Seçmə fənn: Politologiya
22.Seçmə fənn: Sosiologiya
23.Uşaq ədəbiyyatı
24.Azərbaycan ədəbiyyatı
25.İfadəli oxudan praktikum

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş aparıcı fənlərə aid dərslik, dərs vəsaitləri, metodik vəsaitlər əldə edilmişdir. Bu fənlərin tədrisi Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqramlara istinadən həyata keçirilir. Kafedrada əsas fənlərlə yanaşı seçmə fənlər də tədris edilir. Tədris vəsaitləri kimi kafedra əməkdaşları tərəfindən hazırlanan ədəbiyyatlardan da istifadə olunur. Kafedra əməkdaşları bir sıra proqramlar tərtib etmişlər. 

Humanitar fənlər kafedrası 3 ixtisas üzrə pedaqoji kadrların hazırlanması ilə məşğuldur:
1.Tarix və coğrafiya müəllimliyi
2. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Qeyd edilən ixtisaslara uyğun dərs vəsaitləri, dərslik və proqramlar əldə edilmişdir. 

ƏLAQƏ:
Ünvan: AZ5500, Şəki şəhəri, M.Ə.Rəsulzadə pr., 305
Telefon: (024)246-0665,  
Faks: 
WEB-SAYT:sheki-adpu.az
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.



KAFEDRANIN TARİXİ:
ADPU-nun Şəki filialının “Humanitar fənlər” kafedrası  1992-ci ildə BDU-nun Şəki filialının eyniadlı kafedrasının bazasında yaradılmışdır. Kafedra müdiri vəzifəsini 13 mart 2017-ci il tarixədək f.e.d., prof. F.Q.İsmayılov həyata keçirmişdir. 
2017-ci ilin iyul  ayının 17-dən etibarən kafedraya  tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Bünyamin oğlu Baxışov rəhbərlik edir.  
Kafedranın fəaliyyəti Azərbaycan Respublikasında hazırda qüvvədə olan qanunvericiliyə həmçinin, filialın direktoru dos. Rafiq Rasulov tərəfindən 28 aprel 2017-ci il tarixdə təsdiq  edilmiş Humanitar fənlər  kafedrasının “Əsasnamə”si təşkil edilmişdir. 
2017-2018-ci tədris ilində kafedrada 17 nəfər müəllim, bir nəfər laborant fəaliyyət göstərir. Kafedra əməkdaşlarından 6 nəfəri müvafiq ixtisaslar üzrə fəlsəfə doktoru elmi dərəcəsinə (əməkdaşlardan 4 nəfəri tarix üzrə fəlsəfə doktoru, 1 nəfəri iqtisadiyyat üzrə fəlsəfə doktoru, 1 nəfəri filologiya üzrə fəlsəfə doktoru, dosent), 4 nəfəri müvafiq ixtisaslar üzrə magistr, digərləri isə (3 nəfər) müəllimdir (beşillik ali təhsilə malikdirlər). Əməkdaşlardan 4 nəfəri bu tədris müəssisənin (Bakı Dövlət Universitetinin Şəki filialını müxtəlif illərdə bitirmiş) məzunlarıdır.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Ən yaxşı yolu tapmaq, ən pisini tapmaqdan daha asandır. SIR TOMAS MOR

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp