26 aprel 2024- cü il tarixində ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müəllimi Səlamət Ədilovanın filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının AZD2101 qrupunda "Ədəbiyyatın tədrisi metodikası" fənnindən açıq dərsi təşkil edilib. Dərsin mövzusu "Lirik əsərlərin təhlili üzrə işin təşkili olub".
Dərs prosesi tələbələrin mövzu ilə bağlı hazırladığı yazılı təqdimat və dərs nümunəsi əsasında keçirilib. Dərsdə dinləyici kimi Filologiya fakültəsinin dekanı Ulduz Mürşüdova iştirak edib. Dərsin sonunda onun geniş müzakirəsi təşkil edilib. İrad və tövsiyələr müəllimin nəzərinə çatdırılıb.