Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Noyabr 2019 >
Bz Ç Ç Cm C. Ş Bz
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 22 23 24
25 26 27 28 29 30  

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian

“Təhsil mühitində sosial şəbəkələrin analizi” mövzusunda seminar

PDF faylını alÇapE-poçt



“Təhsil mühitində sosial şəbəkələrin analizi” mövzusunda seminarTəbiət fənləri və onların tədrisi metodikası kafedrası yanında daimi fəaliyyətdə olan seminar 18 noyabr 2019-cu ildə növbəti dəfə təşkil olunub. Seminarda kafedranın baş müəllimi N.B. Cəbrayılova “Təhsil mühitində sosial şəbəkələrin analizi” mövzusunda çıxış edib. O, mövzu üzrə təqdimatında sosial şəbəkələr və onların tarixi, sosial şəbəkələr analizi, modelləri və üsulları, təhsil mühitində sosial şəbəkələrin analizi kimi seminar iştirakçılarının
xüsusi marağına səbəb olan məsələlərə elmi şərhlər verib, yaranmış sualları cavablandırıb. Məruzəçi bildirib ki, internet mühitində sosial şəbəkələrin inkişafı 1995-ci ildə Classmates.com Amerika portalı ilə başlanıb. Sosial şəbəkələrin rəsmi başlangıcı 2003-2009-cu illərdə Linkedin, My Space, Facebook şəbəkələrinin açılması hasab edilir. İnternet mühitində sosial şəbəkə dedikdə məzmunu şəbəkə iştirakçıları tərəfindən doldurulmuş interaktiv çox istifadəçi veb saytı nəzərdə tutulur. Sosial şəbəkələrin nəzəri əsası diskret riyaziyyatın bölmələrindən biri olan qraflar nəzəriyyəsi və sosiometriyaya bağlıdır. Sosial şəbəkə saytlarının artan xidmətləri və populyarlığı hər gün bu saytların istfadəçilərinin sayının və paylaşılan məlumatların artmasına gətirib çıxarır. Hal-hazırda sosial şəbəkələrin analizi üçün dörd əsas tədqiqat sahəsi ayrılır: sturuktur, resurs, normativ və dinamik. Şəbəkənin ən vacib təpələrini, əlaqələrini, birliklərini və inkişaf etməkdə olan bölgələrini müəyyənləşdirmək üçün sosial şəbəkələrdəki davranış əlaqələrinin təhlili və struktur analizi lazımdır.
Sosial şəbəkələrin analizi üsullarına şərh verən məruzəçi N.B. Cəbrayılova
1)Sosial şəbəkə məzmunlarının analizi
2)Media verilənlərin analizi
3)Mətn məlumatlarının analizi
4)Multmedia məlumatlarının analizi barədə müqaisəli əsaslarla mülahizələrini
təqdim etdi. O xüsusi olaraq “Təhsil mühitində sosial şəbəkələrin analizi” məsələsinə seminar iştirakçılarının diqqətini yönəldərək bildirib ki, sosial şəbəkələri təhsil üçün analiz edərək həm strukturlaşdırılmış həm də, strukturlaşdırılmamış verilənlərin analizi üçün nəzərdə tutulmuş metod və alqoritmlərdən istifadə etmək olar. Analizetmə prosesində:
1)Müəllimlərin qiymətləndirilməsi
2)Valideynlərin övladlarına nəzarət
3)Şagirdlərin geri bildirimlərinin analizi kimi müxtəlif məsələlərə baxılır və
təbii ki, sosial şəbəkələrin analizi üçün şəbəkədəki qarşılıqlı təsirləri və prosesləri
modelləşdirmək, müəyyən parametrləri hesablamaq və şəbəkə qrafiki vizuallaşdırmaq üçün bir çox proqram vasitələri vardır.
İştirakçıların fəallığı ilə davam edən seminara prof. F. N. İbrahimov yekun vuraraq və təqdim edilən məruzənin məzmun və strukturuna yüksək dəyər vemişdir. Mövzunun aktual olduğunu vurğulayıb və məruzənin əhatəli məzmununa görə b. m. N. Cəbrayılovaya təşəkkürünü bildirib.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Elm bölüşdükcə artan xəzinədir. BHARTİHARİ

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp