Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Dekabr 2019 >
Bz Ç Ç Cm C. Ş Bz
            1
2 3 4 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian

ŞƏKİ DÖVLƏT YOL POLİSİ BÖLMƏSİ FİLİALIMIZDA MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRMİŞDİR.

PDF faylını alÇapE-poçt



ŞƏKİ DÖVLƏT YOL POLİSİ BÖLMƏSİ FİLİALIMIZDA MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRMİŞDİR.Şəki Dövlət Yol Polisi yol hərəkətinin təhlükəsizliyinin təbliğinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramının məqsədlərinə uyğun, eləcə də "Piyadaların intizamının artırılmasına dair" Daxili İşlər Nazirliyinin müvafiq göstərişinin icrası ilə əlaqədar,təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
03 dekabr 2019-cu il tarixdə Azərbaycan Dövlət
Pedoqoji Universitetinin Şəki filialında keçirilən tədbir zamanı, Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, tələbələrə piyadanın vəzifələri barədə ətraflı məlumat verib,onları maraqlandıran sualları cavablandırıb. Tələbələrə, küçə və yollarda hərəkət edən zaman,mobil telefondan xüsusilədə qulaqlıqdan istifadə etməmələri tövsiyyə olunub.İzah olunub ki,küçə və yollarda hərəkət edən zaman piyada qulaqlıqdan istifadə etməklə mobil telefonla danışarsa və ya musiqiyə qulaq asarsa bu vaxt, yaxınlaşan nəqliyyat vasitəsinin səsini eşitməyəcək həm öz həyatını həmdə sürücüləri təhlükədə qoyacaq. Bundan başqa, son zamanlar, xüsusilədə yeniyetmələr və gənclər arasında küçə və yollarda hərəkət edən zaman mobil telefonla “WhatsApp” yazışmalarına yol verilir ki, bu zaman qəzanın baş verməsinə daha çox zəmin yaranır.
Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Dövlət Yol Polisi tərəfindən görülən bu və ya digər tədbirlərin insanların həyat və sağlamlığının qorunmasına xidmət etdiyini bildirib. Qeyd olunub ki, tələbələrin maarifləndirilməsində əsas məqsəd , yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev çıxış edərkən, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, tələbələrlə maarifləndirici tədbirin keçirilməsinə görə, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.
Tədbirin sonunda, universitetin müəllim və tələbələri ilə xatirə şəkli çəkdirilib.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Agıllı məsləhətə qulaq asmaq heç vaxt gec deyil. S.CONSON

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp