Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Yanvar 2020 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian

2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLANIB

PDF faylını alÇapE-poçt



2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLANIBAzərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında artıq 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlanıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 19 dekabr 2017-ci il tarixli 438 nömrəli əmrindən irəli gələn vəzifələrin icrasını təmin etmək, imtahan sessiyasının uğurlu keçməsi məqsədi ilə hazırlıq
işləri vaxtında həyata keçirilib, imtahan cədvəlləri tələbələrin arzu və istəkləri nəzərə alınmaqla hazırlanaraq təsdiq edilib. İmtahan sessiyasına hazırlığın vəziyyəti filialın Elmi Şurasının 24 dekabr 2019-cu il tarixli iclasında müzakirə olunaraq qənaətbəxş qiymətləndirilib. İmtahan keçiriləcək auditoriyalar müəyyənləşdirilib, imtahanların gedişi zamanı nəzarəti gücləndirmək məqsədi ilə müəllimlərin növbətçiliyi təşkil olunub, imtahanlarda yarana biləcək şikayət və narazılıqların operativ araşdırılması, obyektiv həll olunması məqsədi ilə filialın direktoru dosent Rafiq Rasulovun 26 dekabr 2019-cu il tarixli 02/307-ü nömrəli əmrinə əsasən imtahan qərargahı yaradılıb, qərargah ikinci tədris binasında, ikinci mərtəbədə 39 nömrəli otaqda (tel.: 044 277 10 93) yerləşdirilib. Eyni zamanda, filial direktorunun 24 dekabr 2019-cu il tarixli 02/304-ü nömrəli əmrinə əsasən, imtahanların keçirilməsini təşkil və ona nəzarət etmək məqsədi ilə imtahan komissiyası, imtahanların gedişində yarana biləcək narazılıq və şikayətlərin operativ, obyektiv həll edilməsi məqsədi ilə münaqişə komissiyası, 16 dekabr 2019-cu il tarixli 02/300-ü nömrəli əmri ilə koordinatorlar qrupu yaradılıb. Imtahan komissiyasının normal fəaliyyəti üçün 48 nömrəli otaq ayrılıb, telefonla (044 277 06 53) təmin olunub. Bütün bunlarla bağlı maarifləndirici məlumat vərəqləri hazırlanaraq elanlar lövhəsində yerləşdirilib.
Qeyd edək ki, filialda hazırda səkkiz ixtisas üzrə 879 nəfər tələbə təhsil alır. İmtahan sessiyası zamanı 39 qrup üzrə 225 imtahan keçiriləcək. Filialda təhsil alan tələbələrdən 222 nəfəri – I tədris ilinin tələbələri ali məktəbdə ilk dəfə imtahan verəcəkləri üçün onlara imtahan qaydaları barədə ətraflı məlumat verilib, bütün tələbələrə bildirilib ki, arzu edən valideynlər imtahanların gedişini müşahidə edə bilərlər. Eyni zamanda imtahanların gedişini izləmək istəyən KİV-ə də bu barədə məlumat verilib.
Filialda imtahanlar bir qayda olaraq saat 9:00-da, 12:00-da başlanır və iki saat 15 dəqiqə davam edir. İmtahanlar başa çatdıqdan sonra imtahan komissiyası tərəfindən kodlaşma aparılır və imtahanlar həmin gün yoxlanaraq nəticəsi tələbələrə açıqlanır. Sessiya zamanı tələbələrin imtahana qədər topladıqları balların hesablanıb imtahanadək onlara bu barədə məlumat verilməsi diqqət mərkəzində saxlanılır.
Mövcud tədris planlarına uyğun olaraq, imtahan sessiyası 29 dekabr 2019-cu il tarixdə başlanıb, 01 fevral 2020-ci ilədək davam edəcək.
Tələbələrin imtahan sessiyasının gedişi ilə bağlı rəylərini öyrənmək, baş verə biləcək neqativ halların qarşısını almaq məqsədi ilə filialda “Rəy və təkliflər qutusu” hazırlanıb, tələbələrin öz fikirlərini bildirmələri üçün şərait yaradılıb.
2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLANIB2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLANIB2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLANIB2019-2020-Cİ TƏDRİS İLİNİN PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLANIB

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Həyəcan,qəm və kin üreyi,nəm isə dəmiri çürüdür. S.E.ŞİRVANİ

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp