Filialın Ümumelmi fənlər kafedrasında mütəmadi olaraq elmi seminarlar keçirilir. 21 fevral 2020-ci il tarixində “ Tədris-təlim prosesinin metodoloji problemləri”mövzusunda elmi seminar keçirilib. Mövzu ətrafında baş müəllim Mətanət Kərimova çıxış edib. Çıxışın mahiyyətini əks etdirən materiala müasir təlim-tərbiyə ilə əlaqədar vəzifələrin həyata keçirilməsində müəllimlərin tədqiqatçı kimi fəaliyyət göstərmələri, ona görə də ənənəvi tədqiqat metodları ilə yanaşı, müasir metodları da bilmələri, pedaqoji fəaliyyətlərində tətbiq etmələrinin vacibliyi qeyd edilib. Seminar mövzusu ətrafında dos. S.Bədiyev, baş müəllim T.Namazov, baş müəllim V.İsmayılov və başqaları çıxış ediblər.





001002003
fondeduadpubir

VKkj