26 fevral 2020-ci il tarixdə ADPU-nun Şəki filialında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdən öncə iştirakçılar Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış olublar.Tədbiri giriş sözü ilə filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev açıb, bu dəhşətli faciənin əsil soyqırımı akti olmasını vurğulayıb, faciənin ağır nəticələrindən bəhs edib.Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sənədli videoxronika nümayiş etdirilib. Anım tədbirində çıxış edənlər –tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov və baş müəllim Tahir Məhərrəmov bu soyqırımın insanlıq tarixinə qara ləkə olduğundan, dövlətimizin bu faciənin dünyaya tanıdılmasında göstərdiyi təşəbbüslərdən bəhs ediblər.





001002003
fondeduadpubir

VKkj