Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ADPU-nun Şəki filialında lazımi tədbirlər yerinə yetirilir. Filialın hər iki tədris korpusunda tibbi-profilaktik, qabaqlayıcı tədbirlər həyata keçirilib, bütün auditoriya və dərs otaqları, eləcə də inzibati heyətin istifadəsində olan otaqlar, akt zalı, bufet, yeməkxana, kitabxana, sanitar qovşaqlları, bütün avadanlıqlar dezinfeksiya edilib, virus əleyhinə dərman səpilib. Filialda koronavirus, həmçinin digər infeksion xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə bu cür qabaqlayıcı tədbirlər davam etdiriləcək.
Qeyd edək ki, filialda bundan əvvəl də bir neçə dəfə belə dezinfeksiya işləri həyata keçirilib.





001002003
fondeduadpubir

VKkj