2021-2022-ci tədris ilinin yaz semestrində ADPU-nun Şəki filialının “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət”, “Məktəbəqədər təlim və tərbiyə”, “Xarici dil müəllimliyi – ingilis dili”, “Xarici dil müəllimliyi – fransız dili” ixtisaslarının IV və “Riyaziyyat və informatika müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi” ixtisaslarının V tədris ili tələbələri təhsil müəssisələrində pedaqoji təcrübə keçəcəklər. Hər il olduğu kimi, bu il də təcrübənin ilk günü – 16 fevral 2022-ci ildə filialda pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Konfransda filialın rəhbərliyi, kafedra müdirləri, pedaqoq və psixoloqlar, ixtisas metodistləri və təcrübəyə gedəcək tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə açan filialın tədris işləri üzrə direktor müavini, fil.ü.f.d., dos. Gülarə Abdullayeva iştirakçıları salamlayıb, çətin və müqəddəs peşənin ilk addımlığında olan tələbələrə uğurlar arzulayıb, müəllimlik peşəsinin müqəddəsliyindən, eyni zamanda çətinliyindən söz açıb, onlara bu işdə diqqətli və məsuliyyətli olmağı tövsiyə edib.
Konfransda Təbiət fənləri və onların tədrisi texnologiyaları kafedrasının müdiri, p.e.d., prof. Firədun İbrahimov, Ümumelmi fənlər kafedrasının müdiri, p.ü.f.d., dosent Sədrəddin Bədiyev, təcrübə rəhbəri Asudə Bədəlova və metodistlər çıxış edərək pedaqoji təcrübənin gedişi ilə bağlı əhatəli məlumat verib və tələbələri maraqlandıran suallara cavab veriblər.
Konfrans başa çatdıqdan sonra tələbələr rəhbərləri ilə birlikdə təhsil müəssisələrinə yollanıblar.





001002003
fondeduadpubir

VKkj