ADPU-nun Şəki filialında Xocalı faciəsinin 30 illiyi münasibətilə silsilə tədbirlər həyata keçirilib. Tədbirlər planına uyğun olaraq, Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Səki Şəhər Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Səbahət Məmmədova, filialın professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın elmi işlər üzrə ditektor müavini, dosent Nuralı Çələbiyev açaraq, bu dəhşətli faciədən 30 il keçdiyini, mənfur ermənilərin törətdiyi bu qanlı hadisənin bəşər tarixində ən dəhsətli bir hadisə olduğunu bildirib. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş həmvətənlərimizin və Xocalı faciəsinin qurbanlarının xatirəsi sükutla yad edilib.
Tədbirdə filialın Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Baxışov, kafedranın baş müəllimləri Tahir Məhərrəmov, Mirvari Eminova Xocalı faciəsinin baş verməsinin səbəbləri, mənfur ermənilərin bu faciəni törətmə məqsədləri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Natiqlər bu hadisə nəticəsində dəyən ziyan, məhv edilən ailələr və insanlar barədə əhatəli çıxış ediblər.
Tədbirdə Azərbaycan dövlətinin ölkəmizin ərazi bütövlüyünün təmin olunması yolunda apardığı ardıcıl siyasət və 44 günlük Vətən müharibəsində qazandığımız böyuk qələbədən də bəhs edilib.
Qeyd olunub ki, bu faciənin qurbanları, eləcə də müstəqilliyimizin əldə edilməsi, torpaqlarımızın azad olunması yolunda qurban getmiş qəhrəman şəhidlərimizin xatirəsi hər zaman hörmət və ehtiramla yad ediləcək.





001002003
fondeduadpubir

VKkj