ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti “Psixoloji eksperimentlər” adlı elmi seminarı təşkil olunub. Seminar “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının üçüncü tədris ili tələbəsi Ləman Şahbanova tərəfindən hazırlanıb. Seminarda GPB-nin rəhbəri Ümumelmi fənlər kafedrasının baş müəllimi Kəmalə Ramazanova da iştirak edib. Təlimçi-tələbə psixologiya tarixində keçirilən ən müzakirəli eksperimentlər haqqında məlumat verib. Eksperimentlərdən əldə olunan psixoloji faktlar tələbə-psixoloqlarla birgə müzakirə olunub. GPB-nin rəhbəri, baş müəllim Kəmalə Ramazanova çıxış edərək söylənilən fikirlərə və ümumən seminarın gedişinə öz münasibətini bildirib, Seminarın təşkilində rolu olan tələbəyə təşəkkürünü bildirib.





001002003
fondeduadpubir

VKkj