ADPU-nun Şəki filialında Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubu tərəfindən 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış təşkil olunub. Yarışda filialda müxtəlif ixtisaslarda təhsil alan tələbələrdən ibarət 16 komanda iştirak edib. Üç mərhələdən ibarət olan yarışda I yerə "Wingardium Leviosa”, lI yerə "Unknown", III yerə isə "Milen" komandası sahib olub.
Yarışın sonunda qalib gəlmiş komandalara diplomlar təqdim olunub.





001002003
fondeduadpubir

VKkj