Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 15-ci və Şəki Regional Miqrasiya İdarəsinin yaradılmasının 10-cu ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Şəki rayon Miqrasiya İdarəsinin əməkdaşları, filialın müəllim və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə ADPU-nun Şəki filialının direktoru, r.ü.e.d., dosent Rafiq Rasulov açaraq tədbirin keçirilməsinin məqsədi haqqında iştirakçılara məlumat verib.
Sonra Şəki Regional Miqrasiya İdarəsinin əməkdaşlarının: şöbə rəisi Rəşad Bağırovun “DMX-nin yaradılması, fəaliyyəti ilə bağlı mövcud strukturlar və regionda Şəki RMİ-nin rolu haqqında”, inspektor Nicat Əkbərovun “DMX-nın fəaliyyət sahələri və iş prinsipi”, inspektor Anar Qaffarovun “Dövlət Miqrasiya Xidmətinin gənclərlə iş prinsipi”, təcrübəçi Məleykə Həsrətova və könüllü Vüqar Mustafayevin “Şəki Regional Miqrasiya İdarəsi haqqında təəssüratlarım” mövzusunda çıxışları dinlənilib. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda filialın direktoru, dos. Rafiq Rasulov qonaqlara maraqlı çıxışlara görə təşəkkürünü bildirib.





001002003
fondeduadpubir

VKkj