Azərbaycanlılara qarşı erməni genosidi bəşər tarixinin ən qanlı səhifələrindəndir

https://azertag.az/xeber/2073305

Matrın 31-də erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının 104 ili tamam olur. Bu gün ölkəmizin hər yerində 31 Mart soyqırımı qurbanlarının xatirəsi hörmərlə yad edilir. ADPU-nun Şəki filialında da 31 Mart soyqırımına həsr olunmuş elmi-praktik konfrans təşkil olunub. Konfransda filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Konfransı giriş sözü ilə filialın direktoru, r.ü.e.d., dosent Rafiq Rasulov açaraq, 31 Mart soyqırımının dünyada misli görünməmiş bir faciə olduğunü qeyd edib və bildirib ki, 1918-ci il martın 30-da gecə saatlarından Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Dos. Rafiq Rasulov kütləvi qırğınların təkcə Bakıda deyil, Şamaxı, Quba, Lənkəran, Mugan bölgəsi və Dağlıq Qarabağda da həyata keçirildiyini, minlərlə kəndin yandırıldığını, on minlərlə insanın vəhşicəsinə qətlə yetirildiyini vurğulayaraq bildirib ki, Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Sonra soyqırım qurbanlarının, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi sükutla yad edilib.
Konfransda filialın Humaniar fənlər kafedrasının əməkdaşları: kafedra müdiri, t.ü.f.d., baş müəllim Vüsal Baxışovun “31 Mart soyqırımı ərəfəsində və ondan sonra Cənubi Qafqazda geosiyasi vəziyyət”, baş müəllim Tahir Məhərrəmovun “31 Mart faciəsi soyqırım aktıdır”, baş müəllim Mirvari Eminovanın “31 Mart soyqırımı Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının törətdiyi tarixin qanlı səlnaməsidir”, filialın “Tarix və coğrafiya müəllimliyi” ixtisasının ll tədris ilinin tələbəsi Nigar Məmmədlinin “1918-ci ilin Mart soyqırımı Azərbaycan tarixşünaslığında” mövzusunda çıxışları dinlənilib. Çıxış edənlər 31 Mart soyqırımı zamanı erməni daşnaklarının törətdikləri vəhşiliklər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.

 





001002003
fondeduadpubir

VKkj