Oktybrın 11-də ADPU-nun Şəki filialında Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə “Xurşidbanu Natəvan Azərbaycan ədəbi-bədii fikrinin və ənənələrinin layiqli davamçısı kimi” adlı elmi konfrans keçirilib. Konfransda filialın professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Konfransı giriş sözü ilə filialın tədris işləri üzrə direktor müavini, fil.ü.f.d., dos. Gülarə Abdullayeva açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 mart 2022-ci ildə, Qarabağ xanlığının sonuncu varisi sayılan, zərif təbiətli, incə ruhlu şair Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Qeyd olunub ki, Xurşidbanu Natəvan nəinki lirik şeirləri ilə ədəbiyyat tariximizdə yer alıb, eyni zamanda xeyriyyəçilik fəaliyyəti ilə də xalqının dərin məhəbbətini qazanıb, Şuşa şəhərinin abadlığı, əhalinin rifahının yaxşılaşdırılması üçün əvəzolunmaz işlər görərək, xalqının qəlbində əbədi abidə ucaldıb.
Konfransda filialın Humanitar fənlər kafedrasının əməkdaşları: fil.ü.f.d., dos. Kamil Adişirinov “Azərbaycan ədəbi-bədii fikrində Xurşidbanu Natəvanın yeri və rolu: mübahisələr və həqiqətlər”, baş müəllim İlahə Süleymanova “Natəvanın yaradıcılığında Azərbaycan təbiəti”, baş müəllim Pakizə Əliyeva “Natəvanın qəzəllərinin ideya-poetik xüsusiyyyətləri”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının lll tədris ili tələbəsi Xədicə Şərifli “Xurşidbanu Natəvanın xeyriyyəçilik fəaliyyəti” mövzularında çıxış ediblər. Humanitar fənlər kafedrasının müdiri t.ü.f.d. Vüsal Baxışov şairin yaşadığı dovrdə mövcud olan ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini iştirakçıların diqqətinə çatdırıb.
Konfrans dos. Gülarə Abdullayevanın yekun sözü ilə başa çatıb.





001002003
fondeduadpubir

VKkj