Fevralın 14-də ADPU-nun Şəki filialinın Təbiət fənləri və onlarin tədrisi texnologiyası kafedrasının növbəti iclası olub. Kafedra iclasının gündəliyinə üç məsələ daxil edilib:
1. Professor F.N.İbrahimov tərəfindən hazırlanmış “Heydər Əliyevin mənəviyyat problematikasına yanaşması” mövzusunda məqalənin müzakirəsi;
2.2022-2023-cü tədris ilinin payız semestri ərzində kafedra əməkdaşları tərəfindən tədris olunan fənlər üzrə imtahanların nəticələrinin müzakirəsi;
3. 2022-2023-cü tədris ilinin noyabr və dekabr aylarında məlum qabaqcıl təcrübənin, spesifik yaradıcılıq elementlərini ehtiva edən qabaqcıl təcrübənin, novator təcrübənin öyrənilməsi və kafedra əməkdaşları arasında yayılması məqsədilə reallaşdırılmış nümunə dərsləri ilə bağlı fikir mübadiləsinin aparılması, adekvat qərar və tövsiyələrin formulə edilməsi.
Birinci məsələ ilə bağlı prof.F.N.İbrahimov məlumat verərək materialın 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı qəbul olunmuş dövlət sənədinin tələblərinin icrası məqsədilə kafedranın tədbirlər planına uyğun hazırlandığını bildirib və təqdim olunan materialda özünə yer alan məsələlərə şərh verib. Kafedra əməkdaşları materialın Şəki filialının saytında yerləşdirilməsini məqsədəuyğun sayıblar.
İkinci məsələ barəsində kafedra müdiri elmi-pedaqoji əsaslara dayanan mülahizələrini əməkdaşların müzakirə predmetləri qismində təqdim edib. Pedaqoq F.N.İbrahimov təhsilalanların auditoriya və auditoriyadankənar vaxtlarda bilik, bacarıq və vərdişlərə yiyələnməsinə, eləcə də imtahanlara hazırlıq prosesində psixoloji və metodik cəhətdən yardım almalarına hər bir əməkdaşın məsuliyyət daşımasını “mənəvi borc” anlayışı əsasında şərh edib. O, imtahanların nəticələrini məqbul sayıb və sonrakı fəaliyyətdə əldə rəhbər tutulması vacib olan məsələləri diqqət mərkəzinə çəkib. İclasda bu məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.
Üçüncü məsələnin müzakirəsi zamanı həyata keçirilmiş altı nümunə dərsi ilə bağlı fikir mübadiləsi aparılıb, hər bir nümunə dərsinin məziyyətlərinə dair fərdi və ümumiləşmiş fikirlər ifadə edilib. Müşahidə olunmuş nümunə dərslərinin ehtiva etdiyi “təcrübə yenilikləri”nə görə təsnifatı aparılıb və bunların kafedra əməkdaşlarının iş təcrübəsinə, filialda özünə yer alan pedaqoji prosesə daxil edilməsi variantlarına münasibət bildirilib, adekvat tövsiyələr formulə olunub.





001002003
fondeduadpubir

VKkj