Fevralın 14-də Dillər və onların tədrisi texnologiyası kafedrasının növbəti iclası keçirilib. İclasda aşağıdakı məsələlər müzakirə olunub:
1.2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr
2.Kafedra əməkdaşları tərəfindən 2022-2023-cü tədris ilinin yaz semestri üçün hazırlanmış fənn sillabusların müzakirəsi
3.“Xarici dil müəllimliyi (ingilis dili)”; “Xarici dil müəllimliyi (fransız dili)”; “İbtidai sinif müəllimliyi”; “Məktəbəqədər təlim və tərbiyə” və “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisaslarının IV tədris ili tələbələrinin pedaqoji təcrübəsinin başlanması ilə əlaqədar qarşıda duran vəzifələr haqqında
İclasın sədri, kafedra müdiri b.m. Əsmayə Əkbərova giriş sözü ilə çıxış edərək, tədris ilinin birinci yarısının, eləcə də imtahan sessiyasının uğurla başa çatdığını bildirib və qarşıda duran vəzifələr barədə məlumat verib. Sonra tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva çıxış edərək, imtahan sessiyasının ümumi nəticələri, ayrı-ayrı ixtisaslar üzrə müvəffəqiyyət və keyfiyyət göstəriciləri haqqında əhatəli məlumat verib. Bəzi ixtisaslarda göstəricilərin aşağı olmasının səbəbləri və bunun aradan qaldırılması yollarını müəyyənləşdirməyin vacibliyi vurğulanıb.
Filologiya fakültəsinin dekanı dos. Ulduz Mürşüdova çıxış edərək müzakirə olunan məsələlərə öz münasibətini bildirib.
İclasda gündəlikdə duran məsələlər ayrı-ayrılıqda müzakirə edilərək müvafiq qərar qəbul olunub.





001002003
fondeduadpubir

VKkj