Fevralın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında sonuncu tədris ili tələbələrinin pedaqoji təcrübələrinin başlanğıc konfransı keçirilib. Konfransda filialın rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, təcrübə rəhbəri, pedaqoq və psixoloqlar, ixtisas metodistləri və tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva açaraq, pedaqoji təcrübə dövrünün təhsil illərində ən önəmli bir mərhələ olduğunu vurğulayıb və təcrübəçi tələbələrə bu prosesdə uğurlar arzulayıb. Dos. G.Abdullayeva tələbələrin pedaqoji təcrübə dövründə görəcəkləri işlərdən, onların qarşısında duran vəzifələrdən bəhs edib.
Konfransda filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri prof.Firədun İbrahimov, Filologiya fakültəsinin dekanı dos.Ulduz Mürşüdova, Ümumelmi fənlər kafedrasının müdiri dos. Sədrəddin Bədiyev çıxış edərək, təcrübəyə gedəcək tələbələrə öz tövsiyələrini veriblər.
Sonra təcrübə rəhbəri Asudə Bədəlova çıxış edərək, pedaqoji təcrübənin təşkili ilə bağlı filial tərəfindən görülmüş işlər barədə məlumat verib, təcrübə obyekti kimi seçilmiş təhsil müəssisələrini iştirakçıların diqqətinə çatdırıb. Konfransda təcrübəçi tələbələrin təcrübə müddətində həyata keçirməli olduqları işlərə və hazırlanacaq sənədlərə dair əhatəli məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Konfrans başa çatdıqdan sonra tələbələr ixtisas metodistləri, pedaqoq və psixoloqlarla birlikdə təhsil müəssisələrinə yollanıblar.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində filialın “Riyaziyyat və informatika müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Xarici dil (ingilid) müəllimliyi”, “Xarici dil (fransız) müəllimliyi” ixtisaslarının sonuncu kursunda təhsil alan 200-dən çox tələbə may ayının 24-dək Şəkinin təhsil müəssisələrində pedaqoji təcrübədə olacaqlar.





001002003
fondeduadpubir

VKkj